Coy Lens Mikels (“Sabah”) və Leroy Mikels (“Şamaxı”) Misli Premyer Liqasının başa çatmış 3-cü dövrəsindən sonra qapıya endirilən zərbələrin sayına görə liderliklərini qoruyurlar.

İdman.biz ölkə çempionatının ilk 27 turundan sonra zərbələrin statistikasını nəzərdən keçirib.

Almaniyalı futbolçulardan Coy Lens 64 zərbə ilə birinci, qardaşı Leroy isə 62 zərbə ilə ikinci sıradadır. İlk “üçlüy”ü 55 zərbə ilə Coy “Sabah”dan Cessi Sekidika qapayır. Salifu Suma (Zirə) 47, Ramon (“Araz-Naxçıvan”) 46, Belajdi Pusi (“Şamaxı”) 45 zərbə ilə sonrakı yerləri tuturlar. Azərbaycan futbolçularından ən yüksək nəticə ümumi siyahıda 44 zərbə ilə 7-ci olan Toral Bayramovdadır (“Qarabağ”).

İlk “onluq”da olanlardan ən az qol 42 zərbə ilə siyahıda 8-ci olan Emanuel Addaidədir. “Qarabağ”ın futbolçusu bu zərbələrdən yalnız 3-nü qola çevirə bilib.

Qol vura bilməyən futbolçular sırasında ən çox zərbə Nuno Rodrigesdədir. “Araz-Naxçıvan”ın futbolçusu rəqib qapılarına 28 zərbə endirsə də, heç birini qola çevirə bilməyib.

Çempionatın bombardiri Leandro Andrade (“Qarabağ”) 40 zərbəsindən 11-dən sonra rəqibləri mərkəzə dəvət edib. Kabo-verdeli yarımmüdafiəçi 20-dən çox zərbəsi olan futbolçular sırasında ən yaxşı qol konversiyasına malik oyunçudur. Onun zərbələrinin 27,5 faizi qolla nəticələnib.

Zərbələrin dəqiqliyinə gəldikdə, Coy Lens Mikels burada da qapı çərçivəsinə gedən 26 zərbə ilə liderliyini qoruduğu halda, Leroy Mikelsin ikinciliyinə 25 zərbə ilə Davit Volkov (“Zirə”) şərik çıxıb. Toral Bayramov (18 dəqiq zərbə) burada da Azərbaycan futbolçularının lideridir.

Zərbələri ən çox bloka alınan futbolçu (22 dəfə) Ruan Renatodur (“Zirə”).

İdman.biz


Son xəbərlər

Arif Əsədov: “Qarabağ”la ancaq qürur duymalıyıq”

Adil Mahmudov “Qarabağ”ın “Çelsi” ilə görüşdə uğur qazanacağına inanır

“Qarabağ” azarkeşlərin arzusunun həyata keçirir: Hücumçu ilə danışıqlar başladı FOTO

Azərbaycan yığmalarının İslamiadada ilk sınaqları

"Real" - "Liverpul"u, PSJ - "Bavariya"nı sınağa çəkəcək

Veteran cüdoçumuz dünya üçüncüsü olub

"Beşiktaş" danimarkalını transfer etməyi planlaşdırır

Azərbaycanın dağları var, bəs Alpinizm Federasiyası?

Röyadan sürpriz qərar

I Liqanın bombardiri: “Neftçi”yə bir az şok yaşatdıq”

Qardaşından Röyaya sürpriz bəstə

Azər Bağırov kubokdakı böyük hesablı qələbələrindən danışdı

Qəzənfər Abbasov: “Futbolçularımın gücü çatmadı...”

“Ganjavi Holding” prezidenti sentyabr ayı üçün iki mukafata layiq görülüb

Azərbaycan Futbolunda Yeni Dövr: PFL bunu da bacardı

Xəqani Məmmədov:“Ağdamlılar təzyiqə dözməli və boşluqlar verməməli idi”

Ceyhun Sultanov “Qarabağ”ın daha çox qol vurmalı olduğunu dedi

Şəki klubunun baş məşqçisi: “İnşallah ki, allah utandırmaz”

İlham Yadullayev komandasının ilk qələbəsindən danışdı

Rüstəm Məmmədov yetirmələrinin oyunundan razıdır

Klub prezidenti: “Hakimlər robot deyillər”

“Göyəzən”in yeni prezidenti hədələrini açıqladı

"Traktor" Çempionlar Liqasında darmadağınla qalib gəldi

Tarixində ilk dəfə İsveç çempionu oldu

Vətənə Hazıram–Hərbi Hazırlıq və Vətənpərvərlik Məktəbi” adlı layihə keçirilib - FOTOLAR

Urfan İsmayılov: “Qarşımıza məğlubityyətsizlik seriyası yox, çempionluq hədəf qoyulub”

“Şirvan”ın baş məşqçisi ilk “5-liy”i hədəfləyir

Cüdoçularımız Meksika Qran-prisində üç medal qazandılar

"Əl-Hilal"ın futbolçusu "Fənərbaxça"nın hədəfində

“Qaradağ Lökbatan”ın futbolçusu: “II Liqada asan rəqib yoxdur”

Müğənni Elçin Cəfərov bu gün doğum gününü qeyd etdi

Tural Qurbatov: “İstəməzdik ki, belə nəticə olsun...”

Het-rik edən futbolçudan qələbə şərhi

Abubakar Bakıda “Neftçi” ilə müqavilə imzalayır

“Göyəzən”in yeni baş məşqçisi: “Çalışacağıq ki, layiqli mübarizə aparaq”

Amit Quluzadə U-21 yığmamızın əmin əllərdə olduğunu düşünür

Azərbaycan şahmatçıları təltif olundular

Bütün xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930