
Futbol / Gündəm
19.03.2025, 16:00
AFFA "Sabah" və "Qarabağ"ı cərimələdi
Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Forvard.az AFFA-ya istinadən xəbər verir ki, iclasda Premyer Liqanın 27-ci turunda qeydə alınmış qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:
15.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVII turun “Kəpəz” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);
15.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVII turun “Sabah” – “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Sabah” komandası 500 manat cərimə edilsin (maddə 70.1);
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay