
Cüdo / Gündəm
19.03.2025, 15:00
Hidayət Heydərov 9 aydan sonra tatamiyə qayıdır
Azərbaycan cüdoçuları Hidayət Heydərov və Zelim Kotsoyevin Paris-2024 Yay Olimpiya Oyunlarından sonra iştirak edəcəkləri ilk yarış məlum olub.
Forvard.az xəbər verir ki, bunu Teleqraf-a federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu bildirib.
Onun sözlərinə görə, hər iki Olimpiya çempionu 23 - 26 apreldə Monteneqronun paytaxtı Podqoritsada təşkil olunacaq Avropa çempionatına qatılacaq. Heydərov 73 kq, Kotsoyev isə 100 kq çəki dərəcəsində mübarizə aparacaq. Hazırda onlar Azərbaycanın digər aparıcı cüdoçuları ilə birlikdə Yaponiyada təlim-məşq toplanışındadırlar.
Qeyd edək ki, Paris olimpiadasında Hidayət Heydərov 2024-cü il iyulun 29-da, Zelim Kotsoyev isə iyulun 30-da qızıl medal qazanıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay