
Cüdo / Gündəm
19.03.2025, 13:30
Avropa çempionatı: 13 ölkə sifariş ərizəsini göndərib, Azərbaycan gözləyir
Aprelin 23-26-da Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək cüdo üzrə Avropa çempionatının Təşkilat Komitəsi iştirakçı komandaların ərizələrini qəbul edir.
Forvard.az xəbər verir ki, indiyə kimi 13 komanda qeydiyyatdan keçib.
Onların arasında yarışa 15 idmançı göndərəcək Fransa da var. Heyətdə Olimpiya mükafatçıları Luka Mxeidze (60 kq), Joan-Benjamin Qaba (73 kq) və Maksim-Qael Nqayap (90 kq) da yer alıb.
Almaniyanın isə Avropa çempionatında ən böyük heyətə malik olacağı gözlənilir - 18 cüdoçu.
Azərbaycan millisi iştirak ərizəsini hələlik göndərməyib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay