
Futbol / Gündəm
19.03.2025, 12:30
Millimiz Albaniya ilə üz-üzə
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Forvard.az xəbər verir ki, yığmamız AVRO-2025-in II seçmə mərhələsində mübarizəyə başlayacaq.
B Liqasının 6-cı qrupunda yer alan millimiz Albaniya ilə üz-üzə gələcək. Qarşılaşma Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, qrupun bütün oyunları Albaniyada keçiriləcək. Bu qrupda millimiz və meydan sahiblərinin digər rəqibi Uels yığmasıdır.
AVRO-2025-in II seçmə mərhələsi
B Liqası, 6-cı qrup
I tur, 19 mart
18:00. Azərbaycan – Albaniya
Baş hakim: Ceremi Müller (Lüksemburq)
Elbasan Arena
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay