- "Sumqayıt"ın kapitanı Elvin Bədəlov Forvard..az saytına müsahibə verib.

- "Sumqayıt" "Turan Tovuz"la görüşdə qələbə qazanmağı bacardı. Necə alındı ki, səfərdə iddialı rəqibi məğlub etdiniz?

- Əlbəttə ki, çətin səfər olacağını yaxşı başa düşürdük. Amma bu oyuna yaxşı hazırlaşmışdıq. Rəqibi də düzgün analiz etdik. Sonda da qələbə qazanmağı bacardıq. Futbolçularımızın hamısı yaxşı mübarizə apardı. Vacib üç xalı əldə edə bildik.

- Vaqif Cavadov və futbolçular da bildirirdi ki, hazırkı vəziyyətdən çıxmaq üçün sizə bir qələbə lazımdır. "Kəpəz"i məğlub etdikdən sonra "Turan Tovuz"a da qalib gəldiniz. Demək olar ki, "qara zolaq"dan çıxdınız?

- Əlbəttə ki, uğursuz seriyaya düşəndə, komandaya yeni nəfəs üçün bir qələbə lazımdır. Onu da bacardıq. Sonradan da özgüvən artdı. Bu da "Turan Tovuz"la görüşdə bizə kömək oldu. Sevindirici hal odu ki, "qara zolaq"dan çıxa bildik.

- "Turan Tovuz"la görüşdə ilk qolun vurulmasında iştirak etdin, asistlə yadda qaldın. Həmin epizodu necə şərh edərdin?

- Yaxşı gedişatlı kombinasiya idi. Top isə məndə olanda bizim iki oyunçumuz boş zonaya yaxşı açıldı. Onlardan birinə topu çatdırmaq lazım idi. Mən də bunu etdim, bəli, yaxşı alındı.

- "Sumqayıt" bu tempi əldə etdiyi vaxtda fasilənin baş tutması sizin üçün yersiz oldu? Çünki komanda iki tur idi qalib gəlirdi...

- Əslində, istirahət bizə də lazım idi. Çünki çətin perioddan keçdik. Bu pauza bizim xeyrimizə olacaq, inanıram. Dördüncü dövrəyə yaxşı hazırlaşmaq üçün vaxtımız olacaq.

- "Sumqayıt" hazırda turnir cədvəlində 7-ci pillədədir və 28 xala malikdir. Hazırkı durumunuzdan, turnir cədvəlindəki mövqeyinizdən razısınız?

- Əlbəttə ki, bu pillə bizi qane etmir. Amma bu mövsümün reallığı budur. Bununla da barışmalıyıq. Məqsədimiz mövsümün sonuna kimi maksimum xal toplamaqdır. Necə alınacağına isə baxacağıq.

- Millidən söz düşmüşkən, Fernandu Santuşdan yığma komanda üçün dəvət gözləyirdin? Səncə, nəyə görə milliyə dəvət edilmədin?

- Hər toplanış olanda hər bir futbolçu millidən dəvət gözləyir. Mən də həmçinin. Amma yəqin ki, hazırkı performansım Fernandu Santuşu qane etmir. Ona görə də daha yaxşı olmalıyam ki, milliyə dəvət edilim.

- Necə düşünürsən, "Sumqayıt" artıq Premyer Liqadakı yerini möhkəmləndirdi? Yəni artıq yüksək liqadan düşmək təhlükə sizin üçün keçdi?

- Düzdür, sonuncu pillədəki komanda ilə xal fərqimizi bir qədər də artırdıq. Amma rahatlaşmaq olmaz. Xallar yığmaq lazımdır. Biz o vəziyyətdə deyilik ki, rahatlaşaq. Növbəti turlarda da uğurlu nəticələrimizə davam etmək istəyirik. Ümidvaram ki, hər şey yaxşı alınacaq.

- Bir də, yeni sezondan legioner limitinin ləğv edilməsi ilə bağlı mövqeyin necədir?

- Mənə görə limit yerlilərə zərər verməyəcək. Çünki bizim oyunçular futbol oynamağı bacarır. Bəlkə də bu qərar bizə daha da motivasiya olacaq. Heç bir legionerdən zəif deyilik. Qərarı verən bu suala daha yaxşı cavab verə bilər. Bizim işimiz meydanda oynamaqdır. Qərar verilib, artıq doğru və ya səhv olmasını zaman göstərəcək.

- "Qarabağ"ın səni istədiyi iddia olunurdu. Bu məsələ reallaşa bilər?

- "Qarabağ" məsələsi isə gündəmdə deyil. Mövsümün sonunda müqaviləm bitəcək. Onda transfer məsələrə qayıda bilərik.


Son xəbərlər

Londonun Olimpiya Oyunlarını keçirəcək?

Avarçəkmə yenidən Qarabağda- Füzulidə!

"Arsenal" İngiltərə millisinin üzvü ilə anlaşdı

“Çempionların savaşı” turnirinin açılışı oldu

UEFA-nın dəstəyi ilə Qubada “Qızlar Futzal Kuboku” keçirilib

NBA çempionu vəfat edib

Azərbaycan Güləş Federasiyası Qazaxda tədbir keçirib

“Baku Open - 2025”in açılış mərasimi keçirildi

"Sabah" çempion oldu

"Sabah" çempion oldu

"Kəpəz" legioneri ilə yollarını ayıracaq

Mahmud Qurbanovdan rekordunun təkrarlamasına MÜNASİBƏT

Oskar Piastri - Yeni Lider

Millimizin üzvünün oynadığı klub baş məşqçisi ilə yollarını ayırdı

Region Liqasında 1/8 finalın oyunları keçirilib

"Bizə göstərdikləri diqqətə görə azarkeşlərə və kluba təşəkkür edirəm"

Füzuli sakinləri üçün xüsusi tədbir keçirilib

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

Turizmin beşiyi olan tarixi kəndlər

Mahmud Qurbanovun rekordu təkrarlandı

“Bahar turniri”nin qalibi müəyyən olub

“Tottenhem” Premyer Liqada ən pis nəticəsini təkrarlayıb

"Neftçi" "Sumqayıt"la üz-üzə

"Liverpul" 20-ci dəfə çempion oldu

"Qarabağ" 12-ci dəfə ölkə çempionu oldu

Elvin Məmmədov: "Biz ümidimizi itirmirik, niyə də olmasın?"

"Mən heç kimə söz atmıram, bəzən reallığı çox adam görmək istəmir"

"Araz-Naxçıvan" "Səbail"in müqavimətini qıra bilməyib

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib

“Go Camp” Piknik layihəsi bu il yenidən könüllüləri bir araya gətirib

Macarıstan çempionu olan Azərbaycan voleybolçusu: "Qarşımıza qoyduğumuz hədəflərə çatdıq"

Azərbaycan cüdoçuları Avropa çempionatını 5 medalla başa vurublar

Riçard Trautman Azərbaycanın cüdo millisinin Avropa çempionatındakı çıxışını dəyərləndirib

Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub

Əbədi və barışmaz rəqibinə çatıb - 55 çempionluq

"Qəbələ"nin sabiq futbolçusu: "Bu komandanın ürəyimdə yeri tamam başqadır"

Boks üzrə kadetlər arasında zona birinciliklərinin mükafatçıları müəyyənləşib

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930