
Formula 1 / Gündəm
18.03.2025, 09:32
Lider “Gəncə” ilə üz-üzə
Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XVI turun oyunları keçiriləcək.
Forvard.az xəbər verir ki, bütün matçlar eyni gündə baş tutacaq.
Çempionatın autsayderi UNEC “Murov Az Terminal”la üz-üzə gələcək. Liderliyini qorumaq üçün meydana çıxacaq “Abşeron” “Gəncə”ni sınağa çəkəcək.
Tura turnir cədvəlindəki qonşuların dueli ilə yekun vurulacaq. “Azərreyl” “Milli Aviasiya Akademiyası” ilə qarşılaşacaq.
Yüksək Liqa (qadınlar)
XVI tur
18 mart
16:00. UNEC - “Murov Az Terminal”
UNEC VK-nın idman zalı
16:00. “Abşeron” - “Gəncə”
GİN-in Voleybol Mərkəzi
18:00. “Azərreyl” - “Milli Aviasiya Akademiyası”
GİN-in Voleybol Mərkəzi
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay