
Gimnastika / Gündəm
17.03.2025, 21:30
Bakı Olimpiya çempionunu gözləyir
Olimpiya çempionu Darya Varfolomeyev yenidən Bakıda çıxış edəcək.
Forvard.az xəbər verir ki, alman gimnast aprelin 18-20-də paytaxtımızda keçiriləcək Dünya kuboku mərhələsində yenidən iştirak edəcək.
O, ötən il Bakıda dörd qızıl və bir bürünc medal qazanıb. Paytaxtımıza onunla yanaşı, Almaniyadan daha iki gimnast - Marqarita Kolosov və Lada Puş, eləcə də qrup hərəkətləri komandası gələcək.
Qeyd edək ki, Varfolomeyev ötən mövsümün nəticələrinə əsasən, ölkəsində “İlin idmançısı” seçilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay