Azərbaycan millisinin və Rumıniyanın “Alba” klubunun voleybolçusu Yelizaveta Rubanın İdman.biz-ə müsahibəsi

- CEV kubokunda “Vaşaş”a qalib gəlməklə, son üç mövsümdə ikinci dəfə avrokuboklarda finala yüksəldiz. Bu uğurlu gedişatı necə şərh edərdiniz?

- İki il öncə Çağırış kubokunun finalında oynamışdım. Bu il isə CEV kubokunun həlledici görüşünə yüksəldik. İndi biz finaldayıq və əlbəttə ki, qalibiyyətin çox çətin olacağını başa düşürük. Ancaq qızıl medal üçün mübarizə aparmaq istəyirik.

- “Alba”nın əsas hədəf nədir? Rumıniya çempionatında da birincilik çətin olmayacaq?

- Xeyr. Rumıniya çempionatında hədəfimiz yüksəkdir. Çempionluq və Rumıniya kubokunu qazanmaq istəyirik. Komanda olaraq məqsədlərimizə doğru yavaş-yavaş irəliləyirik.

- Sizcə, ölkə xaricində qazandığınız təcrübə millidəki performansına ciddi təsir edəcək?

- Artıq yeddi mövsümdür ki, Azərbaycandan kənarda oynayıram və bu, həm karyeram, həm də milli üçün önəmli məqamdır. Mən təkcə çempionatda deyil, həm də Avropada qazandığım təcrübəmlə yığmaya faydalı ola bilirəm.

- Azərbaycan və Rumıniya çempionatları arasında nə kimi fərqlər var?

- Fərq böyükdür, çünki Rumıniya çempionatının özü güclüdür. Burada limitə görə hər klubda 2 yerli oyunçu olmalıdır. Bu səbəbdən onlar demək olar ki, Rumıniyadan kənara getmir. Çünki şərtlər və müqavilələr sərf edir. Legionerlər isə Azərbaycana gələnlərdən güclüdür. Bu da çempionata rəng qatır.


İdman.biz


Son xəbərlər

“Abşeron” son yarımfinalçı olub

Rəşid Məmmədəliyev fəxri kürsüdə

Millimiz ilk oyunda qalib gəlib

Azərbaycan Yüksək Liqasında XV turun oyunları keçirilib

Frank De Blekerdən şərh

"Azərreyl" çempion oldu

Kişi həndbolçuların Azərbaycan çempionatında "Azəryol" "Qarabağ"ı məğlub edib

“Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı

FIG-dən tanınmış qapıçının qızına imtina

Məşhur tennisçi Madriddəki yarışda iştirak etməyəcək

“Xankəndi” klubunun rəsmisi: "Hədəfimiz AFFA Region Liqasının finalında oynamaqdır"

AFFA-nın icraçı vitse-prezidenti UEFA-nın İstanbuldakı tədbirinə qatılacaq

Texniki məğlubiyyətlə cəzalandırılan Naxçıvan komandalarının problemləri açıqlanıb

Azərbaycan Macarıstan görüşünün vaxtı bilindi

Bəziləri onu sadəcə “sakit nazir” adlandırır...

La Liqa klubunda yeni müqavilə

Premyer Liqaya vəsiqə qazanan klub baş məşqçisi ilə yollarını ayıra bilərPremyer Liqaya vəsiqə qazanan klub baş məşqçisi ilə yollarını ayıra bilər

"Şamaxı" araşdırmaya başladı

AFFA-nın icraçı vitse-prezidenti UEFA-nın İstanbuldakı tədbirinə qatılacaq

“Arsenal”dan son 17 ilin antirekordu

Azərbaycanda federasiya prezidenti istefa verib

“Qarabağ” Azərbaycan Kubokunda yeni rekorda imza atıb

Prezident Velosiped Turu 60-cı dəfə təşkil ediləcək

“Sabah”la heç-heçə “Neftçi” üçün ikiqat yubileylə əlamətdar olub

Fərid Namazovun Viktor Abakumov sayağı zəfəri

"Sabah" 19-cu oldu

İlahi, "Neftçi"nin dadına yet!

Azərbaycan Yüksək Liqasının qalibi bu gün müəyyənləşəcək

İki cüdoçumuz mübarizəyə başlayır

Azərbaycan kubokunda finalçılar müəyyənləşdi

“Sağlam həyat” Nərimanov rayon parkında

Elmar Baxşıyev: "İkili standart hiss olunur, komandama qarşı antipatiya var"

Qurban Qurbanov: "Finalda qarşımızda nəticə üçün alışıb-yanan rəqib olacaq"

Yusifov fəxri kürsüyə qalxdı

"Qarabağ" finala yüksəldi

"Sabah" - "Neftçi": Heyətlər

Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya gələcək

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930