
Boks / Gündəm
14.03.2025, 13:30
Azərbaycanın daha bir boksçusu beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb
Azərbaycan millisinin boksçusu Əli Abdullayev (65 kq) Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb.
"Forvard.az-in məlumatına görə, idmançı 1/4 finalda Qerq Şaraza (Macarıstan) qalib gəlib – 5:0 (30:25, 30:25, 30:26, 29:28, 29:28).
O, yarımfinalda Erik Suçi (Çexiya) ilə döyüşəcək.
Qeyd edək ki, finala gedən yolda Tural Sarıyev (50 kq) Peter Lakatosla (Macarıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Aksel Eqartla (Uels) döyüşəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay