
Həndbol / Gündəm
14.03.2025, 10:59
Həndbol millimiz biyabırçı hesabla uduzdu FOTO
Azərbaycanın kişi millisi həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında bu gün növbəti oyununu keçirib.
Forvard.az xəbər verir ki, B qrupunda yer alan yığmamız Bolqarıstanın Varna şəhərində təşkil olunan turnirdə ABŞ-la qarşılaşıb.
Əvvəlki 2 oyunda 12 xalla uduzmuş yığmamız bu dəfə amerikalılara 20 xal fərqlə uduzub – 25:45.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Moldovaya 21:33 və Nigeriyaya 17:29 hesabı ilə uduzub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay