
Futbol / Gündəm
14.03.2025, 11:30
Messi 90+2-ci dəqiqədə fərqlənib, komandası 1/4 finala çıxıb - VİDEO
“İnter Mayami” CONCACAF Çempionlar kubokunun 1/8 final mərhələsi çərçivəsində Yamaykanın paytaxtı Kinqstondakı “İndependens Park” stadionunda yerli “Kavalier” komandasına cavab matçında da qalib gəlib - 2:0.
Forvard.az xəbər verir ki, ilk görüş də ABŞ klubunun 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.
37-ci dəqiqədə "İnter Mayami"nin uruqvaylı hücumçusu Luis Suares penaltidən hesabı açıb. İkinci hissənin əvvəlində onun yerinə meydana çıxan Lionel Messi 90+2-ci dəqiqədə yekun nəticəni müəyyənləşdirib.
C https://youtu.be/0KrX-tsUk4wONCACAF Çempionlar kubokunun 1/4 finalında "İnter Mayami"nin rəqibi Amerika MLS-nin daha bir təmsilçisi - "Los Anceles" olacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay