
Basketbol / Gündəm
13.03.2025, 21:19
"Lənkəran"ın baş məşqçisi son dövrədən narazı qalıb
"Qalib gəlmək üçün çalışdıq, amma 4-cü periodda (8:22) çox zəif oyun nümayiş etdirdik".
Forvard.az xəbər verir ki, "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Azərbaycan Basketbol Liqasının XVIII turunda "Quba"ya 86:95 hesablı məğlubiyyəti şərh edib: "Son dövrədəki çıxış məğlubiyyətin əsas səbəbi oldu. Oyunda vacib xallar qazanan və əla hücumlar edən Zaur Paşayevlə bacarmadıq. Ötən matçda olduğu kimi yenə də çoxlu top itkiləri yaşadıq ki, bu da əks hücumlarla yadda qaldı. Azarkeşlərimizdən sərgilədiyimiz oyuna görə üzr istəyirəm".
Qeyd edək ki, "Lənkəran" cəmi 3 qələbə ilə B qrupunda sonuncu pillədə qərarlaşıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay