
Taekvondo / Gündəm
12.03.2025, 14:00
Qaşım Maqomedovun dünya reytinqindəki mövqeyi açıqlanıb
Dünya Taekvondosunun mart ayı üçün reytinq siyahısı açıqlanıb.
Forvard.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Qaşım Maqomedov dünya reytinqində ikinci pillədə qərarlaşıb.
58 kq çəkidə çıxış edən idmançımız ötən siyahıdakı mövqeyini qoruyub. Qaşımın hesabında 124,32 xal var.
Qeyd edək ki, bu çəkidə Cənubi Koreya təmsilçisi Tae-Jun Park 200,00 xalla birincidir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay