Misli Premyer Liqası finişə yaxınlaşır. Çempionatın yekunlaşmasına cəmi 10 tur qalıb.

Forvard.az finişin 10 addımlığındakı durumu ötən mövsümlə müqayisə edib.

Ayın 10-da, 10 addımlıqda
2023/24 mövsümünün XXVI turundakı turnir cədvəlinə nəzər yetirərkən, ilk diqqətçəkən məqam tarixlə bağlıdır. Maraqlıdır ki, bir il əvvəl də tur martın 10-da başa çatıb. Yəni 10 komanda 365 gündən sonra finişin 10 addımlığına çatıb. Ötən mövsümlə müqayisədə bu dəfə iştirakçılar arasında “Qəbələ” deyil, “Şamaxı” yer alıb.

Dəyişməz lider, azalan fərq
365 gün əvvəl və indi dəyişməz olan lider var. “Qarabağ” ötən mövsümdə də, indi də finişin 10 addımlığında hamını qabaqlayır. Maraqlıdır ki, Qurban Qurbanovun komandası eyni göstəricilərə malikdir – yenə 20 qələbə, 3 heç-heçə və 3 məğlubiyyətlə toplanan 63 xal. Top fərqində cüzi dəyişiklik olsa da, bu, ümumi mənzərəni dəyişmir. Ağdamlılar daha az qol vurub, daha az da buraxıb. Yeganə dəyişiklik üstünlüklə bağlıdır. Bir il əvvəl finişə 10 addım qalmış nə az, nə çox 24 xal öndə olan ağdamlılar bu üstünlüyü ikiqat azdır. Bu dəfə lider ən yaxın izləyicisini cəmi 12 xal qabaqlayır. Əslində, bunun özü də böyük fərq olsa da, bir il əvvəlki ilə müqayisədə kiçik təsiri bağışlayır.

İzi itirən izləyicilər
İzləyicilərdən söz düşmüşkən, onların sıraları ciddi şəkildə dəyişib. Ötən il bu vaxt ikinci olan “Sumqayıt” indi az qala Premyer Liqada qalmaq üçün mübarizə aparır. Elə “Neftçi” də təhlükəli zonadan çox uzaq deyil. “Beşlik”də olan “Səbail” indi ancaq son pillədən xilas olmaq barədə düşünür. “Sabah” isə sanki vakuuma düşüb. Bakı klubu mükafatlardan da, təhlükədən də uzaqda görünür.

Premyer Liqada yeni ruh
Əvəzində liderin izləyiciləri sırasında yeni adlar var. Düzdür, “Zirə” ötən mövsümün gümüş mükafatçısıdır və yenə ikinci sıradadır. Rəşad Sadıqovun komandası bir il əvvəl 27 xallıq geriqalma ilə 6-cı idisə, indi “Qarabağ”dan 4 qələbə uzaqlığındadır. Amma zirəliləri mükafatlar uğrunda mübarizə gözləyir. Ötən mövsümün bu günlərində aşağıdakı “dördlük”də olan “Araz-Naxçıvan”la “Turan Tovuz” çempionata yeni rəqabət, yeni ruh bəxş ediblər. Hər iki komanda avrokuboklarda debüt etmək arzusu ilə alışıb-yanır.

“Qarabağ”a bənzəyən tək komanda
İki mövsümün müvafiq dövrlərini müqayisə etdikdə, yalnız iki komandanın mövqeyi eynidir. “Qarabağ”ın liderlik kürsüsündəki yerinin toxunulmazlığını qeyd etmişdik. Ağdam klubuna bənzər sabitlik “Kəpəz”də də müşahidə olunur. Gəncə təmsilçisi yenə zirzəminin qapısında – 9-cu sıradadır. Təbii ki, qərbliləri yenə də elitada qalmaq üçün gərgin mübarizə gözləyir.

“Səbail”ə pis nümunə
Bir il əvvəlki turnir cədvəlinin zirzəmisindən danışarkən, həmin vaxt sonuncu olan “Qəbələ” xilas yolu tapmayıb. Yəni finişin 10 addımlığında sonuncu olan komanda elə sonda I Liqaya yuvarlanıb. Bu, “Səbail” üçün pis nümunə görünə bilər. Amma “Qəbələ”dən fərqli, paytaxt təmsilçisi “Kəpəz”dən 12 deyil, cəmi 4 xal geridədir.

Hücumçular yatanda
Hər iki mövsümdə bombardirlər siyahısının zirvəsində də “Qarabağ” futbolçusu yer alıb. Bir il əvvəl Olavio Juninyo 15 qolla hamıdan öndə yer almışdı. Bu dəfə ən məhsuldar oyunçu 4 top az vurub. Bunun da səbəbi başadüşüləndir. Axı, Leandro Andrade Juninyodan fərqli, hücumçu yox, yarımmüdafiəçidir. Onun hamıdan öndə olması isə hücumçuların “yatdığını” göstərir. Sanki Juninyonun gedişi ilə Misli Premyer Liqasında qol vurmaqda mahir olan hücumçu qalmayıb.

Çempion nə vaxt bilinəcək?
Bir il əvvəl müvafiq dövrdə 24 xallıq üstünlüyə malik “Qarabağ” erkən çempionluğu bayram etmişdi. Qurbanovun komandası XXVIII turda – finişə 8 tur qalmış qızıllara sahib çıxmışdı. Amma bu dəfə IV dövrənin startında çempion rəsmiləşməyəcək. Fərqin cəmi 12 olduğuna və oyunların təqviminə nəzər salsaq, “Qarabağ”ın 12-ci çempionluğu qazanacağı vaxtla bağlı proqnoz vermək olar. Qurbanovun komandası yəqin ki, sona 5 tur qalmış – XXXI turda bunu bacaracaq.
Çünki qarşıdakı 5 turda “Qarabağ”la “Zirə” arasında fərqin ən azı daha 3 xal artması real görünür. Bu müddətdə qəsəbə klubu “Sabah”, “Şamaxı”, “Qarabağ”, “Neftçi” və “Sumqayıt”la üz-üzə gələcək. “Zirə”nin 5-6 xal itirməsini ehtimal etmək olar. Lider isə qarşıdakı beş turda “Kəpəz”, “Turan Tovuz”, “Zirə”, “Səbail” və “Neftçi” ilə görüşəcək. Təbii ki, ilk baxışdan olan gözləntilər dəyişə, çempionluq nisbətən tez və ya gec gələ bilər. Amma “Qarabağ”ın 12-ci qızıl medalı elə məhz XXXI turun “Neftçi” ilə Azərbaycan derbisində qazanması daha real görünür.

Qeyd edək ki, qarşıdakı XXVII turun görüşləri martın 14-16-da keçiriləcək və bu matçlarla III dövrə başa çatacaq.


Son xəbərlər

Azərbaycanın DÇ-nin seçmə mərhələsindəki sonuncu rəqibi məlum olub

“Yuventus” baş məşqçisi ilə yollarını ayırıb

Mahir Emreli Premyer Liqamızın oyunlarını izləmir, səbəbini özü açıqladı

Toral Bayramov: “Vinger kimi çıxışım pis alınmadı”

Azərbaycan millisinin baş məşqçisi Avropa çempionatının II seçmə mərhələsində keçirdikləri oyunları dəyərləndirib

"Böyük Dəbilqə": Yelkiyev bürünc şansını qaçırıb - YENİLƏNİB

UEFA Millətlər Liqası - gürcülər ilk hissədə 5 qol vurublar - YENİLƏNİR

Norveçin qeyri-adi səhvi - moldovalılar Holanddan narazı qalıblar

Ayxan Abbasov: “Komandamızın sona kimi vuruşması bizi sevindirdi”

Millimiz Belarusa məğlub olub

Millimizdə debüt edən futbolçu: "İstər-istəməz məğlub olduq”

“Ordu”nun yeni transferi: "Məqsədə nail olacağıq"

Elmar Qasımov Tbilisidə ilk görüşdə məğlub olub

Mahir Emreli: "Fernandu Santuş mənə yaxşı oynadığımı dedi"

"Qarabağ"ın futbolçuları oynadı, Monteneqro qazandı

İspaniya klubuna keçməklə atasına rəqib ola bilər

Toral Bayramov: “Çalışacağıq ki, Belarusla oyunda qələbə qazanaq"

Millimizin Haiti məğlubiyyəti - GENİŞ İCMAL

Fernandu Santuş: "Dəyişiklik etməliyəm, daha çox müdafiədə oturub, əks-hücumlara üstünlük verəcəyik"

Haiti millisinin baş məşqçisi: "Azərbaycan millisinin zəif və güclü tərəflərini bilirdik"

Fernandu Santuş qələbəsiz davam edir - 7 oyun

KİV: Mbappe dünyanın ən yaxşı hücumçusudur

DÇ-2026: Norveç və Uels yığmaları qalib gəlib, Qazaxıstan millisi uduzub

Azərbaycan millisinin baş məşqçisi: "Komanda sanki meydana məğlub olmaq üçün çıxmışdı"

Bədavi Hüseynov: “Psixoloji gərginliyimiz var”

Aslan Kərimov yığmamız üçün Gürcüstan seçməsinin taktikasını nümunə çəkdi

Səbuhi Abdullazadə:“Fərqli nəticə ola bilərdi...”

Okeanın o tayından ilk QONAQ - STATİSTİKA

AFFA-dan sənədləri saxtalaşdıran klub rəsmilərinə sərt cəza – bölgə klubu yarışlardan kənarlaşdırılıb

AFFA sənədləri saxtalaşdırılan futbolçuların çıxış etdiyi klubları yarışlardan kənarlaşdırıb

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Azərbaycan millisinin sabiq üzvü: "İstəyirəm ki, Haiti və Belarus yığmalarına qarşı hücum futbolu oynayaq"

Braziliya millisində itki

"Formula 1" üzrə Çin Qran-prisində sıralama turunu birinci pillədə başa vuran pilot müəyyənləşib

Harri Keyn İngiltərə millisindəki rekordunu yeniləyib

Azərbaycanın U-21 seçməsi bu gün Moldova ilə üz-üzə gələcək

"Böyük Dəbilqə": Bu gün Azərbaycanın daha beş cüdoçusu mübarizəyə qoşulur

Bütün xəbərlər
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31