
Futbol / Gündəm
12.03.2025, 09:45
“Liverpul”dan ilk məğlubiyyət
“Liverpul” tarixində ilk dəfə Çempionlar Liqasında (əvvəlki Çempionlar kuboku da nəzərə alınmaqla) penaltilər seriyasında uduzub.
Forvard.az xəbər verir ki, İngiltərə klubu 1/8 finalın PSJ ilə cavab görüşündə məğlub olub.
Komandalar hər ikisi səfərdə 1:0 hesablı qələbə qazandıqdan sonra cütün taleyi “lotereya”da həll olunub. Fransalılar penaltilərdə daha dəqiq oynayıblar – 4:1.
Bunadək üç dəfə belə vəziyyətlə üzləşən “Liverpul” 1984-cü ildə “Roma”, 2005-ci ildə “Milan”ı finalda məğlub edib. 2007-ci ildə “Çelsi” ilə yarımfinal görüşündə də penaltilərə mersisaydlılar seviniblər.
PSJ isə Fransa tarixində penaltilərlə qalib gələn ikinci komandadır. 1985-ci ildə “Bordo” 1/4 finalda “Dnepr”i mübarizədən kənarlaşdırıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay