
Futbol / Gündəm
12.03.2025, 05:30
İsmayıl Zülfüqarlı: Məğlubiyyətdən qaçacağımıza inamımızı güclü idi
Azərbaycan Premyer Liqasının başa çatan XXVI turunda "Turan Tovuz" səfərdə azlıqda qalmasına rəğmən "Neftçi"yə qarşı sona qədər döyüşdü və əzmkar heç-heçəyə nail oldu. Gərgin keçən 90 dəqiqəylə bağlı tovuzluların futbolçusu İsmayıl Zülfüqarlı Forvard.az - a müsahibə verdi.
- "Neftçi" ilə gərgin keçən matçla bağlı fikirlərin maraqlıdır...
- Həftə boyu oyuna yaxşı hazırlaşmışdıq. Məqsədimiz "Neftçi" səfərindən yaxşı nəticəylə ayrılmaq idi. Təəssüflər olsun ki, qırmızı vərəqə planlarımızı pozdu. Buna rəğmən ruhdan düşməyib, sona qədər mübarizə aparıb məğlubiyyətdən qaçdıq. Bir xal qazanmağımızı da uğur hesab edirəm.
- Qırmızı vərəqə planlarınızı çoxmu pozdu, eləcə də havanın dumanlı olması da işinizi çətinləşdirdimi?
- Bəli, 10 nəfərlə oynamağımız çox güc sərf etməyimizə səbəb oldu. Tam heyətə sahib olsaydıq, meydanda fərqli oyun sərgiləyəcəkdik. Havanın dumanlı olması uzun ötürmələr zamanı işimizi çətinləşdirirdi. Ona görə də məcbur olub qəsa ötürmələrlə top saxlamaq və irəli çıxmağa çalışırdıq.
- Bərabərlik qolunuz çox gec gəldi, qol vuracağınıza inanırdınmı?
- Azlıqda qalsaq da, inamımızı itirməməyə çalışdıq. Ona görə məğlubiyyətdən qaçacağımıza inamımızı güclü idi.
- Komandanızın nəticələrindəki qeyri-stabilliyi nədə görürsən?
- Çempionatda komanda sayı azdır deyə, bir klubla 4 dəfə, kubok matçlarını da nəzərə alsaq 6 dəfə qarşılaşırıq. Bu da təbii ki, komandaların bir-birini yaxşı tanıyıb, dərindən analiz etməsinə gətirib çıxarır. Bu hal çempionatın finala yaxınlaşmasında komandalar arasında gərginliyi daha artırır.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay