
Futbol / Gündəm
11.03.2025, 22:12
"Roma" dünya çempionu ilə müqavilə imzaladı
"Roma" mövsümün sonunda müqaviləsi başa çatan Leandro Paredesi komandada saxlamağı bacarıb.
Forvard.az xəbər verir ki, A Seriyası təmsilçisi argentinalı yarımmüdafiəçinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paredes 2026-cı ilin yayına kimi paytaxt klubunun formasını geyinəcək.
Qeyd edək ki, "Roma" Leandro Paredesi 2023-cü ilin yayında PSJ-dən transfer edib. Argentina millisi ilə dünya çempionu olmuş 30 yaşlı futbolçu bu mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay