
Qış idman növləri / Gündəm
11.03.2025, 19:00
İtkin düşən dünya çempionu dənizdən çıxarılıb
Xorvatiyalı keçmiş dağ xizəkçisi İvitsa Kosteliç baydarka sürərkən Adriatik dənizində itib.
Forvard.az xəbər verir ki, o, Monteneqro Silahlı Qüvvələrinin əsgərləri tərəfindən xilas edilib.
Kosteliç Monteneqronun Ulsin şəhərciyi yaxınlığında başqa bir şəxslə baydarka sürərkən iktin düşüb. Monteneqro ordusu və donanması onların axtarışı üçün patrul katerləri və helikopterin də daxil olduğu xilasetmə əməliyyatına başlayıb. Nəticədə itkin düşənlər tapılaraq dənizdən çıxarılıblar.
Qeyd edək ki, İvitsa Kosteliç 2003-cü ilin dünya çempionu və Qış Olimpiya Oyunlarının dördqat gümüş mükafatçısıdır. O, 2014-cü ildə peşəkar karyerasını başa vurub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay