
"Neftçi" çoxsaylı legionerlə yollarını ayırır - ÖZƏL
Yaxşı günlərini keçirməyən Bakının "Neftçi" klubu "qara zolaq"dan çıxmaq üçün yollar axtarır.
Forvard.az-a "Neftçi"dəki mənbələrdən daxili olan məlumata görə, legionerlərin timsalında komandanın uğursuz çıxışları, oyun planının kortəbii olması, futbolçuların komandaya adaptasiya ola bilməmələri rəhbərliyi bu, addımı atmağa vadar edir.
Hazırda rəhbərlik 7 legionerlə yollarını ayırmaq istəyir. Böyük ehtimalla qış transfer pəncərəsində komandadan göndəriləcək futbolçuların adları məlumdur.
Tam siyahı:
1. Mark Tamaş
2. Ervin Koffi
3. Yeqor Boqomolski
4. Andre Şinyaşiki
5. Mustafa Sek
6. Dembo Darbo
7. Yeqor Boqomolski
Onların komanda ilə müqavilələri olsa da klub rəhbərliyi bunun həlli istiqamətində işlər aparır. Artıq qış transfer pəncərəsində onların yerinə namizədlərin axtarışına başlanılıb.
Qeyd edək ki ki, "Neftçi" 7 turdan sonra 9 xalla turnir cədvəlində doqquzuncu yerdə qərarlaşıb.
Vüsal
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay