"Fariz Abdullayev Azərbaycanda qanunsuz fəaliyyət göstərir".

Bu sözləri Prosport.Az saytına Ümumdünya Real Aykido Mərkəzinin (World Centre of Real Aikido – WCRA) prezidenti, 7-ci Dan qara kəmər sahibi Sanya Vraçareviç deyib.

Serbiyalı mütəxəssisin sözlərinə görə, özünü real aykidonun Azərbaycan nümayəndəsi kimi təqdim edən Fariz Abdullayev qanunsuz fəaliyyətlə məşğuldur: "Real Aykido döyüş mədəniyyətinin əsasını atam Lyubomir Vraçareviç (6 may 1947-ci ildə Xorvatiyada (keçmiş Yuqoslaviya) doğulmuş bu şəxs yapon döyüş növü olan real aykidonu Avropaya gətirən ilk şəxsdir, Liviya, Rusiya, Qazaxıstan, Serbiya, Sloveniya, Şimali Makedoniya, Zimbabve kimi ölkələrin prezidentləri üçün mühafizəçilər yetişdirib, 10-cu DAN qara kəmər ustasıdır – red.) qoyub. Bu döyüş növü ilə məşğul olmaq üçün lisenziyanı isə yalnız Serbiyada fəaliyyət göstərən WCRA verə bilər.

Fariz Abdullayev illər əvvəl atamın tələbəsi olub və WCRA-nı təmsil edib. 2019-cu ildən etibarən o, qeyri-qanuni fəaliyyət göstərməyə başladı. Hər il lisenziya almalı olduğu halda, insanları aldatmağa başladı ki, o, WCRA-nın nümayəndəsidir, real aykidonun adından istifadə etdi. Onun belə bir hüququ yoxdur. Yerli televiziya kanallarında özünü federasiya vitse-prezidenti kimi təqdim edir. Bildirir ki, İqor Petroviç Beynəlxalq Real Aykido Federasiyasının (International Real Aikido Federation – IRAF) prezidenti, özü isə vitse-prezidentidir. Ancaq Serbiyada belə bir nə federasiya, nə də birlik yoxdur. Bu sadəcə klub ola bilər. Artıq dünyasını dəyişmiş Lyubomir Vraçareviçin ailəsi və WCRA-nın tanıdığı nümayəndədən başqa, heç kim real aykido adından və onun texnikasından istifadə edə bilməz. İqor Petroviç də Fariz Abdullayev kimi atamın tələbəsi olub. İndi onun adından istifadə edib qeyri-qanuni federasiya açıblar".

Maraqlıdır ki, özünü 5-ci Dan qara kəmər sahibi kimi təqdim edən 35 yaşlı Fariz Abdullayev və serb İqor Petroviç IRAF-ı nə Azərbaycanda, nə də Serbiyada yox, qonşu Gürcüstanda qeydiyyatdan keçiriblər: "Azərbaycan qanunveriliciliyinə görə, o, federasiya təsis edə bilməz. Beynəlxalq Aykido Federasiyası adlı şirkəti isə Gürcüstanda açıb. Gördüyünüz kimi, bildirmək istəyirəm ki, bu, federasiya deyil, şirkətdir. Gürcüstanın İdman Nazirliyi onu federasiya kimi qeydiyyata ala bilməz. Çünki Fariz Abdullayevin qeydiyyat üçün rəsmi sənədi yoxdur".

31 yaşlı Sanya Vraçareviçin sözlərinə görə, WCRA-nın Azərbaycan üzrə rəsmi nümayəndə kimi tanıdığı şəxs var: "Bizim mərkəzin tanıdığı Azərbaycan üzrə nümayəndə Azər Cəbrayılovdur. Onun bu barədə sertifikatı var".

Maraq üçün Fariz Abdullayevin fəaliyyətinə nəzər yetirdik. Bu şəxs özünü 2023-cü ilin noyabrın 15-də Azərbaycan Real Aykido Federasiyasının və "Azərbaycan real aykido" idman klubunun prezidenti kimi təqdim edir.

Halbuki, Azərbaycan Real Aykido Federasiyası Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya ala bilməyən qurumlardan biridir. Real aykido idman növü üslub kimi hazırda 2022-ci ilin 31 oktyabrında yaradılmış, Atil Ağamirovun prezidenti olduğu Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının tərkibində təmsil olunur.

Onun vitse-prezidet olduğu IRAF-ın saytında isə "Azərbaycan real aykido" idman klubu və Qafqaz Real Aykido Mərkəzi federasiya kimi təqdim edilib və hər ikisinin rəhbəri Fariz Abdullayevdir. Bir daha qeyd edirik ki, Azərbaycanda Real Aykido Federasiyası nazirlik tərəfindən tanınmır.

WCRA-nın saytına nəzər saldıq. Azərbaycandan master adına yalnız 5-ci Dan qara kəmər sahibi kimi yalnız Ramin Eminlinin adına rast gəlmək mümkündür. Yəni, Fariz Abdullayevin adı bu siyahıda da yoxdur (http://www.wcra.rs/Majstori).


Son xəbərlər

Azərbaycan millisinin İsveç və Xorvatiya ilə matçlarına təyinatlar açıqlanıb

VNovak Cokoviç Rafael Nadalın rekordunu qırıb

Ronaldu millidə ardıcıl 22 il qol vuran yeganə oyunçu kimi tarixə düşüb

Lamin Yamal UEFA Millətlər Liqası tarixində qol vuran ən gənc futbolçu olub

Azərbaycanın DÇ-nin seçmə mərhələsindəki sonuncu rəqibi məlum olub

“Yuventus” baş məşqçisi ilə yollarını ayırıb

Mahir Emreli Premyer Liqamızın oyunlarını izləmir, səbəbini özü açıqladı

Toral Bayramov: “Vinger kimi çıxışım pis alınmadı”

Azərbaycan millisinin baş məşqçisi Avropa çempionatının II seçmə mərhələsində keçirdikləri oyunları dəyərləndirib

"Böyük Dəbilqə": Yelkiyev bürünc şansını qaçırıb - YENİLƏNİB

UEFA Millətlər Liqası - gürcülər ilk hissədə 5 qol vurublar - YENİLƏNİR

Norveçin qeyri-adi səhvi - moldovalılar Holanddan narazı qalıblar

Ayxan Abbasov: “Komandamızın sona kimi vuruşması bizi sevindirdi”

Millimiz Belarusa məğlub olub

Millimizdə debüt edən futbolçu: "İstər-istəməz məğlub olduq”

“Ordu”nun yeni transferi: "Məqsədə nail olacağıq"

Elmar Qasımov Tbilisidə ilk görüşdə məğlub olub

Mahir Emreli: "Fernandu Santuş mənə yaxşı oynadığımı dedi"

"Qarabağ"ın futbolçuları oynadı, Monteneqro qazandı

İspaniya klubuna keçməklə atasına rəqib ola bilər

Toral Bayramov: “Çalışacağıq ki, Belarusla oyunda qələbə qazanaq"

Millimizin Haiti məğlubiyyəti - GENİŞ İCMAL

Fernandu Santuş: "Dəyişiklik etməliyəm, daha çox müdafiədə oturub, əks-hücumlara üstünlük verəcəyik"

Haiti millisinin baş məşqçisi: "Azərbaycan millisinin zəif və güclü tərəflərini bilirdik"

Fernandu Santuş qələbəsiz davam edir - 7 oyun

KİV: Mbappe dünyanın ən yaxşı hücumçusudur

DÇ-2026: Norveç və Uels yığmaları qalib gəlib, Qazaxıstan millisi uduzub

Azərbaycan millisinin baş məşqçisi: "Komanda sanki meydana məğlub olmaq üçün çıxmışdı"

Bədavi Hüseynov: “Psixoloji gərginliyimiz var”

Aslan Kərimov yığmamız üçün Gürcüstan seçməsinin taktikasını nümunə çəkdi

Səbuhi Abdullazadə:“Fərqli nəticə ola bilərdi...”

Okeanın o tayından ilk QONAQ - STATİSTİKA

AFFA-dan sənədləri saxtalaşdıran klub rəsmilərinə sərt cəza – bölgə klubu yarışlardan kənarlaşdırılıb

AFFA sənədləri saxtalaşdırılan futbolçuların çıxış etdiyi klubları yarışlardan kənarlaşdırıb

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Azərbaycan millisinin sabiq üzvü: "İstəyirəm ki, Haiti və Belarus yığmalarına qarşı hücum futbolu oynayaq"

Braziliya millisində itki

Bütün xəbərlər
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31