
Əmrah Çəlikəllə Qurban Qurbanov arasında "soyuq müharibə" - Klubda nə baş verir?
"Qarabağ" klubunun daxilindəki problemlər yavaş-yavaş kənara sızır. Komandanın UEFA Avropa Liqasının liqa mərhələsindəki bərbad çıxışı klub prezidenti Tahir Gözəli narahat edib. İclas zamanı T.Gözəl uğursuzluq haqda aidiyyəti şəxslərdən cavab istəyəndə "Qarabağ"ın idman direktoru Əmrah Çəlikəl özünü qəfil sığortalayaraq uğursuzluğun səbəbi kimi Qurban Qurbanovu göstərib. Bundan sonra idman direktoru Ə.Çəlikəllə Qurban Qurbanovun münasibətləri soyuyub.
Etibarlı mənbələrdən Forvard.az-a verilən məlumata görə, Əmrah Çəlikəl son zamanlar Qurban Qurbanovun işinə ehtiyac olmadan müdaxilələr edir, baş məşqçini narahat edəcək şəkildə işinə qarışır.
3 aydan çoxdur ki, baş verən soyuq münasibət, artiq pik həddə çatır. Forvard.az 3 dəfə Əmrah Çəlikələ müsahibə üçün müraciət etsə də hər vəchlə imtina edir. Görünür, problemlərin işıqlanmamasını istəyən Əmrah bəy çıxış yolunu mətbuatdan uzaq durmaqda görür.
Onu da qeyd edək ki, ötən həftə klubun bazasında görüş zamanı Əmrah Çəlikəl Qurban Qurbanova salam vermədən öz otağına keçib. Bu da klubdakı şəxslərin gözündən yayınmayıb.
Xatırladaq ki, klubda transfer siyasətində rol oynayan şəxslərdən biri də idman direktorudur. Görünür, bu mövsüm də "Qarabağ"da transfer probleminə hamılıqla şahidlik edəcəyik.
Ağa Dadaşzadə
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay