Azərbaycan Basketbol Federasiyasının (ABF) icraçı vitse-prezidenti Fərrux Mahmudovun Forvard.az saytına müsahibə verib.
Müsahibəni təqdim edirik:

Növbəti mövsüm əsas liqada region klublarının sayının artması gözlənilir?

Öncəliklə qeyd edim ki, hazırda liqamızda 5 region klubu mübarizə aparır. Məncə, indiki vəziyyətə görə bu normal saydır. Növbəti mövsüm üçün isə hələ ki dəqiqləşmiş bir qərar yoxdur. Federasiya olaraq cari mövsüm bitdikdən sonra gündəmdə olan bütün məsələləri müzakirə edəcəyik.

Ötən mövsüm Avrokuboklarda iştirak üçün maliyyə səbəbindən "Sabah"dan başqa digər klublar kənarda qaldı. Bu mövsüm sözügedən problemin aradan qaldırılması üçün hansı işlər görülür?

Artıq liqamızın ildən-ilə artan inkişafı hamıya məlumdur. İnkişafı görən böyük şirkətlər də, klublarla işbirliyində maraqlıdırlar və qeyd edim ki, liqamızda çıxış edən bir neçə klubun sponsor dəstəyi var. Yeni mövsümdə "Sabah" klubu ilə yanaşı digər klubların da Avrokuboklarda iştirakı gözlənilir.

Bu mövsüm Basketbol Liqasında ümumi vəziyyət necədir?

ABL-də ümumi vəziyyətdən razıyam. Həm "A", həm də "B" qrupunda gərgin və rəqabətli oyunlar baş tutur. Əminliklə deyə bilərəm ki, pley-off oyunları çox maraqlı olacaq.

Milli komandanın uğursuz çıxışları haqda hansı tədbirlər görüləcək?

İlk dəfə idi ki, basketbolçularımız Dünya Kubokunun ilkin təsnifat mərhələsində iştirak edirdilər. Basketbol adına belə yüksək səviyyələrdə iştirak etmək ümumi federasiya olaraq bizi sevindirən məqamlardandır. Milli komandamız üçün bu təsnifat mərhələsinin oyunları böyük təcrübə oldu. Ümid edirəm ki, gələcək illərdə millimiz daha uğurlu nəticələr qazanacaq.

Basketbolçu potensialı sanki çox aşağı səviyyədədir…

Bu istiqamətdə işlər planlı şəkildə aparılır. Hazırda isə biz əsas gücü regionlarda və paytaxtda seleksiya xarakterli toplanışlara vermişik. Əcnəbi və yerli mütəxəssislərimiz seleksiya zamanı kifayət qədər potensiallı həm oğlan, həm də qız uşaqlarını seçərək onları basketbol akademiyalarına cəlb ediblər. Düşünürəm ki, bu istedadlı uşaqlar gələcəkdə əsas milli komandaya fayda göstərəcəklər.

Uşaq basketbolunda vəziyyət necədir

Yuxarıda qeyd etdiyim kimi, uşaq basketbolu ilə bağlı planlarımız uğurla davam edir. Uşaq basketbolunda çalışan əcnəbi mütəxəssislərimiz bu yolda öz işlərini böyük həvəslə davam etdirirlər. Azərbaycan Basketbol Liqasında iştirak edən 12 komandanın hər birinin artıq U-12 yaş qrupu üzrə komandası da var. Onların çempionatında da mübarizə rəqabətli keçir. Bizim əsas məqsədlərimizdən biri ölkədə uşaq basketbolunu yüksək səviyyədə inkişaf etdirmək və həmin uşaqların ölkəmizi gələcəkdə əsas milli komandanın heyətində beynəlxalq arenalarda uğurla təmsil etməsidir.

Ağa Dadaşzadə


Son xəbərlər

VNovak Cokoviç Rafael Nadalın rekordunu qırıb

Ronaldu millidə ardıcıl 22 il qol vuran yeganə oyunçu kimi tarixə düşüb

Lamin Yamal UEFA Millətlər Liqası tarixində qol vuran ən gənc futbolçu olub

Azərbaycanın DÇ-nin seçmə mərhələsindəki sonuncu rəqibi məlum olub

“Yuventus” baş məşqçisi ilə yollarını ayırıb

Mahir Emreli Premyer Liqamızın oyunlarını izləmir, səbəbini özü açıqladı

Toral Bayramov: “Vinger kimi çıxışım pis alınmadı”

Azərbaycan millisinin baş məşqçisi Avropa çempionatının II seçmə mərhələsində keçirdikləri oyunları dəyərləndirib

"Böyük Dəbilqə": Yelkiyev bürünc şansını qaçırıb - YENİLƏNİB

UEFA Millətlər Liqası - gürcülər ilk hissədə 5 qol vurublar - YENİLƏNİR

Norveçin qeyri-adi səhvi - moldovalılar Holanddan narazı qalıblar

Ayxan Abbasov: “Komandamızın sona kimi vuruşması bizi sevindirdi”

Millimiz Belarusa məğlub olub

Millimizdə debüt edən futbolçu: "İstər-istəməz məğlub olduq”

“Ordu”nun yeni transferi: "Məqsədə nail olacağıq"

Elmar Qasımov Tbilisidə ilk görüşdə məğlub olub

Mahir Emreli: "Fernandu Santuş mənə yaxşı oynadığımı dedi"

"Qarabağ"ın futbolçuları oynadı, Monteneqro qazandı

İspaniya klubuna keçməklə atasına rəqib ola bilər

Toral Bayramov: “Çalışacağıq ki, Belarusla oyunda qələbə qazanaq"

Millimizin Haiti məğlubiyyəti - GENİŞ İCMAL

Fernandu Santuş: "Dəyişiklik etməliyəm, daha çox müdafiədə oturub, əks-hücumlara üstünlük verəcəyik"

Haiti millisinin baş məşqçisi: "Azərbaycan millisinin zəif və güclü tərəflərini bilirdik"

Fernandu Santuş qələbəsiz davam edir - 7 oyun

KİV: Mbappe dünyanın ən yaxşı hücumçusudur

DÇ-2026: Norveç və Uels yığmaları qalib gəlib, Qazaxıstan millisi uduzub

Azərbaycan millisinin baş məşqçisi: "Komanda sanki meydana məğlub olmaq üçün çıxmışdı"

Bədavi Hüseynov: “Psixoloji gərginliyimiz var”

Aslan Kərimov yığmamız üçün Gürcüstan seçməsinin taktikasını nümunə çəkdi

Səbuhi Abdullazadə:“Fərqli nəticə ola bilərdi...”

Okeanın o tayından ilk QONAQ - STATİSTİKA

AFFA-dan sənədləri saxtalaşdıran klub rəsmilərinə sərt cəza – bölgə klubu yarışlardan kənarlaşdırılıb

AFFA sənədləri saxtalaşdırılan futbolçuların çıxış etdiyi klubları yarışlardan kənarlaşdırıb

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Azərbaycan millisinin sabiq üzvü: "İstəyirəm ki, Haiti və Belarus yığmalarına qarşı hücum futbolu oynayaq"

Braziliya millisində itki

"Formula 1" üzrə Çin Qran-prisində sıralama turunu birinci pillədə başa vuran pilot müəyyənləşib

Bütün xəbərlər
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31