
Millimizin Avropa Liqasındakı oyunlarının TƏQVİMİ
Voleybol üzrə Avropa Qızıl və Gümüş liqalarının təqvimi bəlli olub.
Forvard.az xəbər verir ki, yarışda iştirak edəcək qadınlardan və kişilərdən ibarət milli komandalarının oyunlarının vaxtı bəlli olub.
Hər iki yarış üç turdan ibarət olacaq. Bütün turların nəticələri bir turnir cədvəlində toplanacaq. Yekunda ilk 4 yeri tutacaq yığmalar “Dördlər finalı”na yüksələcəklər. Qadınların yarışında 12, kişilərin mübarizəsində isə 8 ölkənin millisi iştirak edəcək.
Avropa Qızıl Liqasında çıxış edəcək qadınlardan ibarət millimizin rəqibləri Macarıstan, Sloveniya, Slovakiya, Monteneqro, Rumıniya və Xorvatiya yığmaları olacaq.
Avropa Gümüş Liqasında çıxış edəcək kişilərdən ibarət millimiz isə Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya və Farer adaları komandalarına qarşı mübarizə aparacaq.
Qeyd edək ki, qadınların Qızıl Liqasının ilk, kişilərin Gümüş Liqasının isə 2-ci tur Bakıda baş tutacaq.
Avropa Qızıl Liqası
Qadınlar
I turnir (Azərbaycan)
30 may
18:00 Macarıstan - Azərbaycan
31 may
18:00 Sloveniya – Macarıstan
1 iyun
18:00 Azərbaycan – Sloveniya
II turnir (Slovakiya)
6 iyun
22:00 Azərbaycan – Slovakiya
7 iyun
20:00 Monteneqro – Azərbaycan
8 iyun
20:00 Slovakiya – Monteneqro
III turnir (Xorvatiya)
13 iyun
18:30 Azərbaycan - Xorvatiya
14 iyun
18:30 Rumıniya - Azərbaycan
15 iyun
18:30 Xorvatiya – Rumıniya
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay