
Futbol / Gündəm
10.03.2025, 09:46
Ehtiram Quliyev futbolçulara fantastik məbləğdə pul verəcək
Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulacaq.
Forvard.az xəbər verir ki, turun son görüşü olduqca maraqlı keçəcək. “Neftçi” – “Turan Tovuz” oyununda qonaq komandanın prezidenti Ehtiram Quliyev 3 xal üçün futbolçulara böyük məbləğdə mükafat vəd edib.
Quliyev komandasının "Neftçi" üzərində qalibiyyətinə görə hər futbolçuya 10 min manat mükafat verəcək. Oyuna sonradan daxil olan və ehtiyatda qalan futbolçulara isə məbləğin müəyyən qismi veriləcək.
Hazırda medalçılar sırasına düşmək istəyən “Turan Tovuz” turnir cədvəlində 42 xalla dördüncü pillədə qərarlaşıb.
Vüsal İmanov
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay