
Futbol / Gündəm
9.03.2025, 05:00
Elvin Cəfərquliyev: “İnsident haqqında...”
Dünən Azərbaycan Premyer Liqasının XXVI turuna “Araz-Naxçıvan” – “Qarabağ” oyunuyla start verildi. 3 qolun qeydə alındığı görüşdə Ağdam təmsilçisi qalib gəldi. Matçdan sonra “köhlən atlar”ın futbolçusu Elvin Cəfərquliyev Forvard.az – a danışdı.
- "Araz-Naxçıvan"ı məğlub etdiz. Qarşılaşma ilə bağlı fikirlərin maraqlıdır...
- "Araz-Naxçıvan" çempionatımızın ən hazırlıqlı və təhlükəli komandalarından biridir. İşimizin çətin olacağını bilirdik. İki fərqli hissə izlədik. İlk yarıda rəqib daha yaxşı çıxış etdi, amma fasilədən sonra biz istədiyimiz oyunu meydanda sərgilədik və əzmkar qələbə qazandıq. Buna görə çox sevincliyəm.
- Oyuna sonradan qoşuldu. Komandan hesabda geridə olarkən qələbə qazanacağınıza inanırdınmı?
- Bizim hesabda geridə olduğumuz və oyunun gedişatında xarakter göstərib geridönüş etdiyimiz oyunlarımız çox olub. Odur ki, qələbəyə inamımız həmişə var.
- Bu gün hər iki qolunuzu rəqib qapıçının və müdafiəçilərin kobud səhvlərindən sonra vurduz. Sənə elə gəlmirmi ki, "Araz-Naxçıvan" zəif çıxışına və fərdi səhvlərinə görə qələbə qazandız?
- Rəqibin zəif çıxış etməsi fikiriylə qətiyyən razı deyiləm. Yuxarıda da vurğuladım ki, naxçıvanlır çox hazırlıq və təhlükəli komandadır. Fərdi səhvlərə gəlincə, biz daha çox öz oyunumuza fokuslanmışıq və meydanda bəlli futbol "fəlsəfə"mizi ortaya qoymağa çalışırıq. Amma bu gün rəqibin verdiyi boşluqlardan da maksimum faydalanmağa çalışdıq.
- Bu gün meydanda insident yaşandı. Bu barədə nə deyərdin?
- Qısaca onu deyim ki, belə hallar da futbolun bir parçasıdır və oyunlara əlavə yaraşıq verir. Odur ki, insident haqqında çox danışamağa ehtiyac yoxdur.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay