8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkəsində 8 Mart əməkçi qadınların günü hesab olunur. Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi şəkildə qeyd edilir.

Bir çox sahələrdə olduğu kimi, idmanda da qadınların rolu gündən-günə artmaqdadır. Zərif cinsin nümayəndələri müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, bayrağımızı zirvələrə qaldırırlar.

Bəs, görəsən, xanım idmançılarımız bu günü necə qeyd edirlər?

Forvard.az qadın idmançılarımıızın 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı planlarını öyrənib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova əməkdaşımızla söhbətdə bu günü ailəsi ilə birlikdə qeyd edəcəyini bildirib: “Ramazan ayı olduğu üçün axşam toplaşmağı düşünürük. Hara gedəcəyimiz isə həyat yoldaşımın sürprizi olmalıdır. Hər bir xanım bu gün sevdikləri tərəfindən nəsə gözləyir. Mən də onların içərisindəyəm. Oğlum və yoldaşım artıq gül dəstəsi ilə təbrik ediblər. Mənim üçün hədiyyənin fərqi yoxdur. Vacib olan göstərilən diqqətdir. Bu gün həyat yoldaşımdan hədiyyə gözləyirəm. O, hələ heç bir 8 Martı unutmayıb. Çünki bilir ki, bu çox təhlükəlidir”.

Olimpiya çempionumuz Azərbaycan idmanında qadınların rolundan danışıb: “Get-gedə idmanda xanımların sayı artır. Xüsusilə qeyd etmək istərdim ki, qadınlar yalnız spesifik idman növlərində deyil, gimnastika, güləş, boks, cüdo və digər idman növlərində uğurlu nəticələrə imza atırlar. Bu, olduqca vacib və sevindirici məqamdır. Mən bütün Azərbaycan qadınlarını 8 Mart münasibətilə təbrik edirəm. Xoşbəxtlik daim sizinlə olsun”.

Azərbaycan millisinin sabiq güləşçisi Mariya Stadnik İdman.biz-ə 8 Martı sevmədiyini deyib: “Bu gün qızlardan ibarət komanda ilə yarışa yollancam. Ona görə də, bayramı hamımız hava limanında qeyd edəcəyik. Bu bayramı çox sevmədiyim üçün heç kimdən hədiyyə gözləmirəm. Çünki mən bütün il qadınam, təkcə bu gün yox. Ancaq uşaqlar artıq mənə hədiyyə veriblər. Oğlum və mən qızımı təbrik etmişik”.

Azərbaycan millisinin şahmatçısı Günay Məmmədzadə İdman.biz-ə 8 martın onun üçün sıradan bir gün olduğunu bildirib: “Əslində, bu günə böyük əhəmiyyət vermirəm, sadəcə sevdiklərimi sevindirmək üçün vasitə kimi görürəm. Bayramı ailəmlə birgə qeyd etməyi düşünürəm. Açığı, heç kimdən hədiyyə gözləmirəm, kim hədiyyə vermək istəyirsə, buyursun. Mənim üçün hədiyyənin fərqi yoxdur. Düşünülüb alınıbsa, deməli, dəyərlidir. Ancaq mənə kitab bağışlayanda daha çox xoşuma gəlir. Özüm isə anama və qaynanama hədiyyə almışam. Həm də hər ikisinə eyni”.

Azərbaycan çempionu idmanda qadınların üzləşdiyi problemlərdən də söz açıb: “Təəssüf ki, idmanda bəzən qadınların ikinci planda qaldığını, kişi idmanının üstün tutulduğunu görürük. Məsələn, qadınların yarışında kişilərlə müqayisədə pul mükafatı çox aşağı olur. Eyni zamanda, qadınlar üçün nəzərdə tutulan turnirlərin sayı çox azdır. Buna görə də, qadın şahmatı kişi şahmatına nəzərən daha ləng inkişaf edir. Bu səbəbdən qadınlar özlərini idmanda daha çox sübut etməli və göstərməlidirlər ki, bu ayrı-seçkilik olmamalıdır. Qadınlara hər zaman yol açılmalıdır”.


Son xəbərlər

Arif Əsədov: “Qarabağ”la ancaq qürur duymalıyıq”

Adil Mahmudov “Qarabağ”ın “Çelsi” ilə görüşdə uğur qazanacağına inanır

“Qarabağ” azarkeşlərin arzusunun həyata keçirir: Hücumçu ilə danışıqlar başladı FOTO

Azərbaycan yığmalarının İslamiadada ilk sınaqları

"Real" - "Liverpul"u, PSJ - "Bavariya"nı sınağa çəkəcək

Veteran cüdoçumuz dünya üçüncüsü olub

"Beşiktaş" danimarkalını transfer etməyi planlaşdırır

Azərbaycanın dağları var, bəs Alpinizm Federasiyası?

Röyadan sürpriz qərar

I Liqanın bombardiri: “Neftçi”yə bir az şok yaşatdıq”

Qardaşından Röyaya sürpriz bəstə

Azər Bağırov kubokdakı böyük hesablı qələbələrindən danışdı

Qəzənfər Abbasov: “Futbolçularımın gücü çatmadı...”

“Ganjavi Holding” prezidenti sentyabr ayı üçün iki mukafata layiq görülüb

Azərbaycan Futbolunda Yeni Dövr: PFL bunu da bacardı

Xəqani Məmmədov:“Ağdamlılar təzyiqə dözməli və boşluqlar verməməli idi”

Ceyhun Sultanov “Qarabağ”ın daha çox qol vurmalı olduğunu dedi

Şəki klubunun baş məşqçisi: “İnşallah ki, allah utandırmaz”

İlham Yadullayev komandasının ilk qələbəsindən danışdı

Rüstəm Məmmədov yetirmələrinin oyunundan razıdır

Klub prezidenti: “Hakimlər robot deyillər”

“Göyəzən”in yeni prezidenti hədələrini açıqladı

"Traktor" Çempionlar Liqasında darmadağınla qalib gəldi

Tarixində ilk dəfə İsveç çempionu oldu

Vətənə Hazıram–Hərbi Hazırlıq və Vətənpərvərlik Məktəbi” adlı layihə keçirilib - FOTOLAR

Urfan İsmayılov: “Qarşımıza məğlubityyətsizlik seriyası yox, çempionluq hədəf qoyulub”

“Şirvan”ın baş məşqçisi ilk “5-liy”i hədəfləyir

Cüdoçularımız Meksika Qran-prisində üç medal qazandılar

"Əl-Hilal"ın futbolçusu "Fənərbaxça"nın hədəfində

“Qaradağ Lökbatan”ın futbolçusu: “II Liqada asan rəqib yoxdur”

Müğənni Elçin Cəfərov bu gün doğum gününü qeyd etdi

Tural Qurbatov: “İstəməzdik ki, belə nəticə olsun...”

Het-rik edən futbolçudan qələbə şərhi

Abubakar Bakıda “Neftçi” ilə müqavilə imzalayır

“Göyəzən”in yeni baş məşqçisi: “Çalışacağıq ki, layiqli mübarizə aparaq”

Amit Quluzadə U-21 yığmamızın əmin əllərdə olduğunu düşünür

Azərbaycan şahmatçıları təltif olundular

Bütün xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930