Azərbaycan Premyer Liqasının yola saldığımız XXV turunda “Şamaxı” səfərdə “Səbail”i məğlub etdi. Bu qələbə sayəsində “şir”lərin turnir cədvəlində vəziyyəti bir qədər yaxşılaşdı. Komandanın ən təcrübəli futbolçusu Kamal Bayramov həm qarşılaşma, həm də elitada qalmaq uğrunda apardıqları mübarizədən, həm də gələcək karyerasıyla bağlı Forvard. az – müsahibə verdi.



- Son turda səfərdə “Səbail”ə üstün gəldiz. Həmin qarşılaşma ilə bağlı fikirlərin maraqlıdır...

- Bizim 6 xallıq oyun idi. Belə oyunlarda gözəllik axtarmağa çalışmırıq. Məqsədimiz qələbə qazanmaq idi. Məşqlərdə komanda olaraq üzərimizdə çox çalışmışdıq. “Səbail” ilə oyunun ilk yarısında tam istədiyimiz kimi çıxış edə bilməsək də, fasilədən sonra daha yaxşı çıxış etdi və daha bir qol vurmaqla yekun hesabı təyin etdi. Düşünürəm ki, baş məşqçimizin tapşırıq-göstərişlərini düzgün yerinə yetirib bizə lazım olan nəticəni qazandıq.

- Komandanın ən təcrübəli futbolçusu kimi elitada qalmaq uğrunda mücadilədən üzü ağ çıxa biləcəksizmi?

- Rəhbərlik qarşımıza Premyer Liqada yerimizi qorumağı tapşırıq qoyub. Mən daxil, bütün oyunçular məsuliyyətimizi dərk edirik və “Şamaxı”nı elitada saxlamaq üçün səfərbər olub, yumruq kimi birləşib sona kimi döyüşəcəyik. Bu yolda həm sarsılmaz inamımız, həm də şir kimi döyüşməklə istəyimizə çatacağıq.

- Son çıxışında demişdin ki, bu sənin üçün son mövsümdür və karyeranı bitirəcən. “Şamaxı” elitada qalsa və səninlə müqaviləni uzatmaqda maraqlı olsa yenədəmi karyeranı sonlandırmağı seçəcən?

- Bu il az oynadım. Amma buna təəssüflənmirəm. Hətta mənə xoşdur ki, həmkarım Rikardo daha yaxşı çıxış edir. Mən həmişə qərarlarımda qəti biriyəm. Hər şeyin vaxtı çatanda düzgün qərarı verməlisən. Artıq getmək vaxtıdır. Düzdür, mövsümün bitməsinə hələ var, yenə şans qazanıb oynaya bilərəm. Həmçinin yayda klub rəhbərliyi ilə danışıqlarımız olacaq. Məni qapıçı kimi yox, məşqçi sıralarında görmək istəsələr düşünərəm. Amma hələlik bütün diqqətimizi Premyer Liqada yerimizi qorumağa fokuslamışıq.

- Əlçəklərini divardan asırsan, amma yolunu davam etdirən övladın var. Oğlun Səid qolkiperlikdə səni arxada qoyacağına inanırsanmı?

- Oğlumdur deyə demirəm, amma ona güvənim çoxdur. Məşqçiləri də onun perpektivi barədə nikbindirlər. O, hazırda yaşının keçid dönəmindədir. Gərək bu keçidi uğurla başa vursun. Səidin potensialı var. Amma həm üzərində gecə-gündüz işləməli, həm də savadlanmalıdır. Allah nəsib etsə, məndən daha yaxşı qapıçı olacaq.

ABDULLA İSMAYILOĞLU


Son xəbərlər

Ronaldu millidə ardıcıl 22 il qol vuran yeganə oyunçu kimi tarixə düşüb

Lamin Yamal UEFA Millətlər Liqası tarixində qol vuran ən gənc futbolçu olub

Azərbaycanın DÇ-nin seçmə mərhələsindəki sonuncu rəqibi məlum olub

“Yuventus” baş məşqçisi ilə yollarını ayırıb

Mahir Emreli Premyer Liqamızın oyunlarını izləmir, səbəbini özü açıqladı

Toral Bayramov: “Vinger kimi çıxışım pis alınmadı”

Azərbaycan millisinin baş məşqçisi Avropa çempionatının II seçmə mərhələsində keçirdikləri oyunları dəyərləndirib

"Böyük Dəbilqə": Yelkiyev bürünc şansını qaçırıb - YENİLƏNİB

UEFA Millətlər Liqası - gürcülər ilk hissədə 5 qol vurublar - YENİLƏNİR

Norveçin qeyri-adi səhvi - moldovalılar Holanddan narazı qalıblar

Ayxan Abbasov: “Komandamızın sona kimi vuruşması bizi sevindirdi”

Millimiz Belarusa məğlub olub

Millimizdə debüt edən futbolçu: "İstər-istəməz məğlub olduq”

“Ordu”nun yeni transferi: "Məqsədə nail olacağıq"

Elmar Qasımov Tbilisidə ilk görüşdə məğlub olub

Mahir Emreli: "Fernandu Santuş mənə yaxşı oynadığımı dedi"

"Qarabağ"ın futbolçuları oynadı, Monteneqro qazandı

İspaniya klubuna keçməklə atasına rəqib ola bilər

Toral Bayramov: “Çalışacağıq ki, Belarusla oyunda qələbə qazanaq"

Millimizin Haiti məğlubiyyəti - GENİŞ İCMAL

Fernandu Santuş: "Dəyişiklik etməliyəm, daha çox müdafiədə oturub, əks-hücumlara üstünlük verəcəyik"

Haiti millisinin baş məşqçisi: "Azərbaycan millisinin zəif və güclü tərəflərini bilirdik"

Fernandu Santuş qələbəsiz davam edir - 7 oyun

KİV: Mbappe dünyanın ən yaxşı hücumçusudur

DÇ-2026: Norveç və Uels yığmaları qalib gəlib, Qazaxıstan millisi uduzub

Azərbaycan millisinin baş məşqçisi: "Komanda sanki meydana məğlub olmaq üçün çıxmışdı"

Bədavi Hüseynov: “Psixoloji gərginliyimiz var”

Aslan Kərimov yığmamız üçün Gürcüstan seçməsinin taktikasını nümunə çəkdi

Səbuhi Abdullazadə:“Fərqli nəticə ola bilərdi...”

Okeanın o tayından ilk QONAQ - STATİSTİKA

AFFA-dan sənədləri saxtalaşdıran klub rəsmilərinə sərt cəza – bölgə klubu yarışlardan kənarlaşdırılıb

AFFA sənədləri saxtalaşdırılan futbolçuların çıxış etdiyi klubları yarışlardan kənarlaşdırıb

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Azərbaycan millisinin sabiq üzvü: "İstəyirəm ki, Haiti və Belarus yığmalarına qarşı hücum futbolu oynayaq"

Braziliya millisində itki

"Formula 1" üzrə Çin Qran-prisində sıralama turunu birinci pillədə başa vuran pilot müəyyənləşib

Harri Keyn İngiltərə millisindəki rekordunu yeniləyib

Bütün xəbərlər
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31