
Futbol / Gündəm
24.09.2024, 10:56
Qəbələdə bərabərlik
18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qəbələ toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.
Forvard.az xəbər verir ki, yığmamız “Qəbələ” ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. U-18-in heyətində qolu 10-cu dəqiqədə Ziya Səkərxanov vurub.
Qeyd edək ki, sentyabrın 16-dan Qəbələdə təlim-məşq toplanışı keçən komandanın hazırlığı bu gün başa çatacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay