
Futbol / Gündəm
28.02.2025, 12:19
AFFA-dan klublara cəza: Əsasnaməni pozan “Qarabağ”a cərimə
Forvard.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXIV turunda baş verənlər müzakirə olunub.
“Neftçi” – “Sumqayıt” oyununda 4 sarı vərəqə alan qonaq komanda 700 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Səbail” matçında 5 xəbərdarlıq alan meydan sahiblərinin də cəzası eyni olub.
“Qarabağ” – “Sabah” qarşılaşmasında Əsasnamənin tələbləri pozulduğuna görə Ağdam klubu 500 manat cərimələnib.
“Şamaxı” – “Turan Tovuz” qarşılaşmasında 4 sarı vərəqə alan meydan sahibləri 700 manat xərcə düşüb.
İdman.biz
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay