"Fernandu Santuş dünya futbolunda özünü sübut etmiş, böyük təcrübəyə malik məşqçidir".

Forvard.azxəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Portuqaliya millisinin keçmiş hücumçusu Nunu Qomeş həmyerlisi Fernandu Santuşun Azərbaycan millisindəki işi barədə danışarkən deyib.

Portuqaliya millisinin keçmiş kapitanı bildirib ki, 70 yaşlı çalışdırıcı rəhbərlik etdiyi komandalara öz təcrübəsini və rəqabətədavamlı olmağı yüksək səviyyədə aşılamağı bacarır: "O, bu sistemi Azərbaycanın millisinə ötürməyə çalışır. Düşünürəm ki, Santuşun hücumda effektivliyi qoruyaraq, möhkəm müdafiə strukturu qurmaq bacarığı Azərbaycan yığmasına fayda verə bilər. Çünki o, beynəlxalq oyunlarda əla təcrübəyə malikdir. Futbol biliyi həm oyunçuları, həm də məşqçilər heyətini inkişaf etdirməyə, eləcə də nizam-intizamlı komanda yaratmağa kömək edəcək".

Nunu Qomeşin sözlərinə görə, Fernandu Santuşa Azərbaycan millisində nəticə əldə etmək üçün vaxt lazımdır: "Yadınızdadırsa, Portuqaliya millisi məhz onun rəhbərliyi altında 2016-cı ildə Avropa çempionu oldu. Bu da baş məşqçinin komandasını vacib görüşlərə yüksək səviyyədə hazırlamasından xəbər verir. Qarşıda Azərbaycan komandasını dünya çempionatının seçmə mərhələsində oyunlar gözləyir. Açığı, mundiala vəsiqə real görünməsə də, federasiyasının hədəfi olan 2028-ci ildə keçiriləcək Avropa çempionatına yaxşı komanda hazırlaya bilərlər. Fernandu Santuş ilə Azərbaycan yığması beynəlxalq yarışlarda daha rəqabətədavamlı komandaya çevrilə bilər".

Qeyd edək ki, Nunu Qomeş karyerası ərzində ölkəsində “Benfika” və İtaliyada “Fiorentina” kimi komandalarda çıxış edib. O, Portuqaliya millisinin heyətində 79 oyunda 29 qol vurub, AVRO-2000-nin rəmzi yığmasına düşüb, AVRO-2024-ün gümüş mükafatçısı olub.

İdman.biz


Son xəbərlər

"Fənərbaxça"nın futbolçusu xəstəxanaya yerləşdirildi

"Beşiktaş" İngiltərə millisinin hücumçusu ilə maraqlanır

"Naxçıvan" "Abşeron"a qalib gəlib

Millimiz Estoniyaya məğlub olub

Mahir Emreli "Nürnberq" komandasında növbətini qolunu vurub

Ronaldo İngiltərə klublarının hədəfində?

"Turan Tovuz"un kapitanı "Qalatasaray"ın oyununda

Olimpiya çempionlarının Bakıda qələbə iddiası

"Milan"ın sabiq futbolçusu 31 yaşında karyerasını bitirdi

“Gəncə” “Milli Aviasiya Akademiyası”na qarşı

Xorvatiya millisinin sabiq üzvü qəzada həlak oldu

"Sabah" "Səbail"ə, "Qarabağ" "Neftçi"yə qarşı

Elnur Abdullayev bütün rəqiblərindən ehtiyat edir

“Qaradağ Lökbatan”ın direktoru nikbin danışdı

Aqşin Mürsəlov: “İkiqat sevincliyik”

Elmar Baxşıyev: "Hakimlikdən danışmaq istəmirəm"

Yunis Hüseynov: "Risk etmək istəmədik"

"Araz-Naxçıvan" "Turan Tovuz"la bərabərə qaldı

"Neftçi" "Qarabağ"la matça 4 itki ilə çıxacaq

cüdo hakimləri üçün praktiki seminar təşkil olunub

Mart ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb

14 yaşadək şagirdlər arasında “Qızlar Futzal Kuboku” keçiriləcək

“Qarabağ”la “Zirə” geriləyib, “Neftçi” mövqeyini qoruyub

Yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək

Daha bir Almaniya klubu Mahir Emrelini istəyir

Tofiq Musayev UFC-də: Debüt Bakıda olacaq

Bundesliqada yeni müqavilə

“Qarabağ”ın müəyyənləşdirdiyi yeni transfer qiyməti eşidənləri ŞOKA SALACAQ!

Messi gələcək karyerası ilə bağlı qərar verir

“Mançester Yunayted” avrokuboklarda unikal nailiyyət əldə edib

Füzulidə avarçəkmə nümayişi və əyləncəli proqram

UEFA reytinqində son vəziyyət necədir?

AL-da 1/4 final mərhələsinə yekun vuruldu

“Qəbələ” bu gün I Liqada çempionluğu rəsmiləşdirə bilər

XXXI tura bir oyunla start veriləcək

KL-da yarımfinalçılar bəlli oldu

Amit Quluzadə: “Öz kişiliyimizlə I liqada oynayırıq”

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930