Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq “Strandja” turnirində 1/4 final mərhələsinə yekun vurulub.

Forvard.Az xəbər verir ki, yarışda Azərbaycan millisinin 4 idmançısı yarımfinala yüksəlib.

Komandamızın liderlərindən Nicat Hüseynov (51 kq) Skott Riçardsla (Uels) üz-üzə gəlib. 4:1 (29:28, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə qələbə qazanan Avropa çempionu yarımfinalda Daniyal Sabitlə (Qazaxıstan) döyüşəcək.

57 kq-da çıxış edən Zəlimxan Süleymanov növbəti qələbəsini qazanıb. O, 1/4 finalda Miçele Baldassidən (İtaliya) güclü olub - 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28). O, finala gedən yolda Giorgi Kapanadzeni (Gürcüstan) sınağa çəkəcək.

Zaur Qəhrəmanov (67 kq) rinqdən qalib ayrılıb. Boksçumuz Canluici Malanqanı (İtaliya) 5:0 (29:27, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. Təmsilçimiz yarımfinalda Demur Kajaya (Gürcüstan) ilə münasibətinə aydınlıq gətirəcək.

Nəbi İsgəndərov (67 kq) da adını yarımfinala yazdırıb. O, Rumen Rumenovla (Bolqarıstan) görüşü xeyrinə bitirib - 5:0 (30:24, 30:26, 29:27, 29:27, 30:26). İsgəndərov növbəti qarşılaşmasında Torexan Sabirxanla (Qazaxıstan) gücünü yoxlayacaq.

Dörd boksçumuz yarımfinala yüksəlməklə yanaşı, özləri üçün ən azı bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, yarımfinal mərhələsinin döyüşləri martın 1-də keçiriləcək.


Son xəbərlər

Arif Əsədov: “Qarabağ”la ancaq qürur duymalıyıq”

Adil Mahmudov “Qarabağ”ın “Çelsi” ilə görüşdə uğur qazanacağına inanır

“Qarabağ” azarkeşlərin arzusunun həyata keçirir: Hücumçu ilə danışıqlar başladı FOTO

Azərbaycan yığmalarının İslamiadada ilk sınaqları

"Real" - "Liverpul"u, PSJ - "Bavariya"nı sınağa çəkəcək

Veteran cüdoçumuz dünya üçüncüsü olub

"Beşiktaş" danimarkalını transfer etməyi planlaşdırır

Azərbaycanın dağları var, bəs Alpinizm Federasiyası?

Röyadan sürpriz qərar

I Liqanın bombardiri: “Neftçi”yə bir az şok yaşatdıq”

Qardaşından Röyaya sürpriz bəstə

Azər Bağırov kubokdakı böyük hesablı qələbələrindən danışdı

Qəzənfər Abbasov: “Futbolçularımın gücü çatmadı...”

“Ganjavi Holding” prezidenti sentyabr ayı üçün iki mukafata layiq görülüb

Azərbaycan Futbolunda Yeni Dövr: PFL bunu da bacardı

Xəqani Məmmədov:“Ağdamlılar təzyiqə dözməli və boşluqlar verməməli idi”

Ceyhun Sultanov “Qarabağ”ın daha çox qol vurmalı olduğunu dedi

Şəki klubunun baş məşqçisi: “İnşallah ki, allah utandırmaz”

İlham Yadullayev komandasının ilk qələbəsindən danışdı

Rüstəm Məmmədov yetirmələrinin oyunundan razıdır

Klub prezidenti: “Hakimlər robot deyillər”

“Göyəzən”in yeni prezidenti hədələrini açıqladı

"Traktor" Çempionlar Liqasında darmadağınla qalib gəldi

Tarixində ilk dəfə İsveç çempionu oldu

Vətənə Hazıram–Hərbi Hazırlıq və Vətənpərvərlik Məktəbi” adlı layihə keçirilib - FOTOLAR

Urfan İsmayılov: “Qarşımıza məğlubityyətsizlik seriyası yox, çempionluq hədəf qoyulub”

“Şirvan”ın baş məşqçisi ilk “5-liy”i hədəfləyir

Cüdoçularımız Meksika Qran-prisində üç medal qazandılar

"Əl-Hilal"ın futbolçusu "Fənərbaxça"nın hədəfində

“Qaradağ Lökbatan”ın futbolçusu: “II Liqada asan rəqib yoxdur”

Müğənni Elçin Cəfərov bu gün doğum gününü qeyd etdi

Tural Qurbatov: “İstəməzdik ki, belə nəticə olsun...”

Het-rik edən futbolçudan qələbə şərhi

Abubakar Bakıda “Neftçi” ilə müqavilə imzalayır

“Göyəzən”in yeni baş məşqçisi: “Çalışacağıq ki, layiqli mübarizə aparaq”

Amit Quluzadə U-21 yığmamızın əmin əllərdə olduğunu düşünür

Azərbaycan şahmatçıları təltif olundular

Bütün xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930