
Cüdo / Gündəm
28.02.2025, 10:58
"Böyük Dəbilqə": Bayramovdan qələbə, Ağayev və Nəcəfov uduzub
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürür.
Forvard.az xəbər verir ki, Azərbaycan yarışda üç idmançı ilə təmsil olunur.
Cüdoçularımızın hər biri tatamiyə bu gün çıxacaqlar.
60 kq
Turan Bayramov Yuntao Vanqla (Çin) güləşib. Qələbə qazanan cüdoçumuz 1/4 finalda Mehrzod Sufiyevlə (Tacikistan) üz-üzə gələcək.
Mübarizəyə ikinci mərhələdən başlayan Balabəy Ağayev Anvarjon İbrohimova (Özbəkistan) uduzub.
66 kq
Yaşar Nəcəfov startda Hinato Onoya (Yaponiya) uduzub.
Qeyd edək ki, Daşkənddə "Böyük Dəbilqə" turnirinə 23 ölkədən 242 idmançı qatılıb. Yarış 3 gün davam edəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay