Azərbaycan Karate Federasiyasının (AKF) təşkilatçılığı ilə Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində “Daun xəstəlik deyil, fərqlilikdir” adlı tədbir keçirilib.

Forvard.az xəbər verir ki, tədbirdə AKF-in vitse-prezidenti Rəhman Hətəmov, baş katib Qabil Sayadov, hüquq və intizam komitəsinin sədri Həmdiyyə Məmmədov, AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə, məşqçi-müəllimlər, idmançılar və digər qonaqlar iştirak ediblər.

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova çıxış edərək bildirib ki, dünyada olduğu kimi, Azərbaycanda da daun sindromu daşıyıcısı olan yüzlərlə insan var: “Həm onlar, həm də onların valideynləri bir çox problemlərlə qarşılaşırlar. Bu isə əsasən cəmiyyətimizdə daun sindromu haqqında lazımi biliklərin olmamasından irəli gəlir”.

Daha sonra AKF-in vitse-prezidenti Rəhman Hətəmov çıxış edib. Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd ilk növbədə Daun sindromunun xəstəlik yox, genetik fərqlilik olmasına diqqət çəkmək, mərkəzdə reabilitasiya görən uşaqlarla zaman keçirmək, onların sosiallaşmasında rol oynamaq və onların cəmiyyətə daha yaxından inteqrasiyasını təmin etməkdir: “Ölkəmizdə bu qəbildən olan şəxslərə dövlət səviyyəsində qayğı göstərilir. Heydər Əliyev Fondu tərəfindən inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində xəstələr üçün psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, müxtəlif dərnəklər fəaliyyət göstərir. Bu gün biz onların görüşünə gəlmişik. Ümid edirik ki, belə görüşlər davamlı olacaq”.

Daun sindromlu şəxslərin cəmiyyətə və idman ictimaiyyətinə inteqrasiyası həm onların, həm də cəmiyyətin inkişafı üçün çox vacibdir. Bu, onların sosial bacarıqlarını, özünə inamını və fiziki sağlamlığını gücləndirməklə yanaşı, cəmiyyətin də inklüzivliyini və tolerantlığını artırır.

Daun sindromlu şəxslər üçün idman fiziki sağlamlıq, motor bacarıqları və koordinasiya baxımından böyük fayda verir. Karate idman növü onların fiziki inkişafına müsbət təsir göstərir. Paralimpiya və parakarate kimi yarışlar onların bacarıqlarını göstərmək üçün ideal platformalardır. İdmanla məşğul olmaq həmçinin onların özgüvənini artırır və sosiallaşmanı dəstəkləyir.

AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə federasiyanın sosial layihələrə dəstək verdiyini və gələcəkdə bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğulayıb. O, belə layihələrin həyata keçirilməsində dəstək olan “VAVA CONSTRUCTOR” şirkətinin rəhbəri Fərid İsmayılova təşəkkür edib.

Rəsmi çıxışlardan sonra mərkəzin uşaqları tərəfindən oyunlar nümayiş olundu. Eyni zamanda proqram çərçivəsində uşaqlar üçün bədii-əyləncəli oyunlar təşkil olunmaqla yanaşı, idmançılarımızla mərkəzdə təhsil alan uşaqların karate üzrə nümunəvi çıxışları göstərilib.


Son xəbərlər

"Fənərbaxça"nın futbolçusu xəstəxanaya yerləşdirildi

"Beşiktaş" İngiltərə millisinin hücumçusu ilə maraqlanır

"Naxçıvan" "Abşeron"a qalib gəlib

Millimiz Estoniyaya məğlub olub

Mahir Emreli "Nürnberq" komandasında növbətini qolunu vurub

Ronaldo İngiltərə klublarının hədəfində?

"Turan Tovuz"un kapitanı "Qalatasaray"ın oyununda

Olimpiya çempionlarının Bakıda qələbə iddiası

"Milan"ın sabiq futbolçusu 31 yaşında karyerasını bitirdi

“Gəncə” “Milli Aviasiya Akademiyası”na qarşı

Xorvatiya millisinin sabiq üzvü qəzada həlak oldu

"Sabah" "Səbail"ə, "Qarabağ" "Neftçi"yə qarşı

Elnur Abdullayev bütün rəqiblərindən ehtiyat edir

“Qaradağ Lökbatan”ın direktoru nikbin danışdı

Aqşin Mürsəlov: “İkiqat sevincliyik”

Elmar Baxşıyev: "Hakimlikdən danışmaq istəmirəm"

Yunis Hüseynov: "Risk etmək istəmədik"

"Araz-Naxçıvan" "Turan Tovuz"la bərabərə qaldı

"Neftçi" "Qarabağ"la matça 4 itki ilə çıxacaq

cüdo hakimləri üçün praktiki seminar təşkil olunub

Mart ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb

14 yaşadək şagirdlər arasında “Qızlar Futzal Kuboku” keçiriləcək

“Qarabağ”la “Zirə” geriləyib, “Neftçi” mövqeyini qoruyub

Yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək

Daha bir Almaniya klubu Mahir Emrelini istəyir

Tofiq Musayev UFC-də: Debüt Bakıda olacaq

Bundesliqada yeni müqavilə

“Qarabağ”ın müəyyənləşdirdiyi yeni transfer qiyməti eşidənləri ŞOKA SALACAQ!

Messi gələcək karyerası ilə bağlı qərar verir

“Mançester Yunayted” avrokuboklarda unikal nailiyyət əldə edib

Füzulidə avarçəkmə nümayişi və əyləncəli proqram

UEFA reytinqində son vəziyyət necədir?

AL-da 1/4 final mərhələsinə yekun vuruldu

“Qəbələ” bu gün I Liqada çempionluğu rəsmiləşdirə bilər

XXXI tura bir oyunla start veriləcək

KL-da yarımfinalçılar bəlli oldu

Amit Quluzadə: “Öz kişiliyimizlə I liqada oynayırıq”

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930