
Boks / Gündəm
23.09.2024, 19:55
Boksçularımız Polşada xatirə turnirində mübarizə aparacaq
Sentyabrın 24-də Polşada Feliks Stammın xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir start götürəcək.
Forvard.az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Məşqçi Ceyhun Abiyev Keltsedə təşkil olunacaq turnirdə 2 boksçuya şans verəcək. Yığma üzvlərindən Maqsud Xasmetov (63,5 kq) və Nəbi İsgəndərov (71 kq) rinqə çıxacaqlar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay