Uçan gimnastlar yeni mövsümə başlayırlar. Sabah Bakıda məşhur ulduzların da qatılacağı batut gimnastikası və tamblinq üzrə Dünya kuboku yarışı start götürəcək.

Forvard.Az xəbər verir ki, iştirakçılar arasında son Olimpiadanın mükafatçıları, neytral bayraq altında mübarizə aparan İvan Litvinoviç və Vialetta Bardzilovskaya da olacaq.

Milli Gimnastika Arenasında təşkil ediləcək Dünya kubokunun ilk mərhələsi beş ölkəni əhatə edəcək və oktyabrda Antibdə (Fransa) başa çatacaq yolun ilk dayanacağıdır. Növbəti mərhələlər həmçinin Riççone (İtaliya), Koimbra (Portuqaliya) və Varnada (Bolqarıstan) keçiriləcək.

Varna istisna olmaqla, Dünya kubokunun bütün mərhələlərində Olimpiya idman növləri olacaq: kişilər və qadınlar arasında batut, həmçinin tamblinq və ya qoşa mini-batut. Bakıdakı yarışda yeni növ - batutda qarışıq sinxron tullanışlar da debüt edəcək.

Batutun bütün növlərində ən yaxşı idmançılar təkcə mükafat uğrunda deyil, həmçinin Dünya kubokunun reytinq xallarını qazanmaq üçün mübarizə aparacaqlar. Bu xallar hesablanaraq seriyanın sonunda hər növ üzrə ən yaxşı idmançıları mükafatlandırmaq üçün istifadə ediləcək. Çoxları üçün Dünya kuboku noyabrda İspaniyanın Pamplona şəhərində keçiriləcək dünya çempionatına tramplin olacaq.

Bakıdakı turnir fevralın 22-də Milli Gimnastika Arenasında bütün kateqoriyalar üzrə təsnifat yarışları ilə başlayacaq. Hər kateqoriya üzrə ən yaxşı səkkiz iştirakçı (hər növ üzrə hər ölkədən maksimum iki idmançı) bazar günü keçiriləcək finala yüksələcək.

Kişilər arasında əsas favorit Litvinoviç sayılır: o, növbəti olimpiya dövründə çıxış etmək niyyətindədir. Bu yaxınlaradək yeniyetmə yarışlarının ulduzları Andrey Buylov, Sebastyan Stankeviç və Stanislav Yaskeviç onunla rəqabət apara bilərlər. 2023-cü il dünya çempionatının bürünc mükafatçısı Ryusei Nishioka (Yaponiya) da mükafatlara iddialılar arasındadır.

Qadınlarda isə Selcan Mahsudova yenidən fəxri kürsüdə yer almağa çalışacaq. Olimpiya iştirakçısı əvvəllər Bakıdakı Dünya kuboklarında gümüş və bürünc medallar qazanıb. Onun əsas rəqibləri kimi Yay oyunlarının gümüş mükafatçısı Vialetta Bardzilovskaya, həmçinin ikiqat dünya çempionu Mori Hikarunu (Yaponiya) qeyd etmək mümkündür.

Tamblinq yarışlarında da iştirakçıların sayı çoxdur. Onların arasında bizim idmançılar Tofiq Əliyev və Adil Hacızadə də var.

Qeyd edək ki, yarışda ümumilikdə 14 ölkədən 80-dən çox gimnast iştirak edəcək.


Son xəbərlər

“Abşeron” son yarımfinalçı olub

Rəşid Məmmədəliyev fəxri kürsüdə

Millimiz ilk oyunda qalib gəlib

Azərbaycan Yüksək Liqasında XV turun oyunları keçirilib

Frank De Blekerdən şərh

"Azərreyl" çempion oldu

Kişi həndbolçuların Azərbaycan çempionatında "Azəryol" "Qarabağ"ı məğlub edib

“Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı

FIG-dən tanınmış qapıçının qızına imtina

Məşhur tennisçi Madriddəki yarışda iştirak etməyəcək

“Xankəndi” klubunun rəsmisi: "Hədəfimiz AFFA Region Liqasının finalında oynamaqdır"

AFFA-nın icraçı vitse-prezidenti UEFA-nın İstanbuldakı tədbirinə qatılacaq

Texniki məğlubiyyətlə cəzalandırılan Naxçıvan komandalarının problemləri açıqlanıb

Azərbaycan Macarıstan görüşünün vaxtı bilindi

Bəziləri onu sadəcə “sakit nazir” adlandırır...

La Liqa klubunda yeni müqavilə

Premyer Liqaya vəsiqə qazanan klub baş məşqçisi ilə yollarını ayıra bilərPremyer Liqaya vəsiqə qazanan klub baş məşqçisi ilə yollarını ayıra bilər

"Şamaxı" araşdırmaya başladı

AFFA-nın icraçı vitse-prezidenti UEFA-nın İstanbuldakı tədbirinə qatılacaq

“Arsenal”dan son 17 ilin antirekordu

Azərbaycanda federasiya prezidenti istefa verib

“Qarabağ” Azərbaycan Kubokunda yeni rekorda imza atıb

Prezident Velosiped Turu 60-cı dəfə təşkil ediləcək

“Sabah”la heç-heçə “Neftçi” üçün ikiqat yubileylə əlamətdar olub

Fərid Namazovun Viktor Abakumov sayağı zəfəri

"Sabah" 19-cu oldu

İlahi, "Neftçi"nin dadına yet!

Azərbaycan Yüksək Liqasının qalibi bu gün müəyyənləşəcək

İki cüdoçumuz mübarizəyə başlayır

Azərbaycan kubokunda finalçılar müəyyənləşdi

“Sağlam həyat” Nərimanov rayon parkında

Elmar Baxşıyev: "İkili standart hiss olunur, komandama qarşı antipatiya var"

Qurban Qurbanov: "Finalda qarşımızda nəticə üçün alışıb-yanan rəqib olacaq"

Yusifov fəxri kürsüyə qalxdı

"Qarabağ" finala yüksəldi

"Sabah" - "Neftçi": Heyətlər

Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya gələcək

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930