
Cüdo / Gündəm
14.02.2025, 12:49
IJF: “Azərbaycan cüdoda inkişaf və təhsil sahəsində lokomotivdir”
“Cüdodan söhbət gedəndə Azərbaycan tez-tez müzakirələrdə gündəmə gəlir”.
ForvaRD.aZ xəbər verir ki, bunu Beynəlxalq Cüdo Federasiyasının (IJF) saytı yazıb.
Portal Azərbaycanın cüdonun müasir salnaməsində oynadığı roldan bəhs edib: “Ölkənin cüdo dünyasında lider mövqelərində yer aldığına əmin olmaq üçün onu demək kifayətdir ki, son Olimpiya oyunlarında Hidayət Heydərov və Zelim Kotsoyev ən yüksək titulları qazanıblar. Paris-2024-dən bir neçə həftə əvvəl isə onlar dünya çempionu olublar. İdman nəticələri ilə yanaşı, Azərbaycan cüdoda inkişaf və təhsil sahəsində də lokomotivdir və milli federasiyanın yeni dövr üçün ambisiyaları böyükdür”.
Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında "Böyük Dəbilqə" turnirinə start verilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay