
Futbol / Gündəm
12.02.2025, 00:45
“Zenit” azarkeşinin “Neftçi”nin fanatına çevrilməsi – EKSKLÜZİV MÜSAHİBƏ
Sovetlər dönəmində Bakı yalnız nefti ilə deyil, həm də yaşıl meydandakı “Neftçi”ylə də tanınırdı. “Ağ-qaralar”ın SSRİ çempionatında ən böyük uğuru 1966-cı ildə bürünc mükafat olsa da, Bakı təmsilçisini mübarizliyi, əzmkarlığı ilə sovet futbolunda ad çıxarıb. Bu yaxınlarda Rusiyadan bir zərf cinsin maraqla “Neftçi”nin oyunlarını izləmək üçün paytaxtımıza gəldiyindən xəbərdar oldum. Qısa zamanda bu madmazelin Sankt-Peterburq sakini və “Zenit”in fanatlığını edən 24 yaşlı Mariya Yevgenyevna Zolina olduğundan agah oldum. Zərif cinslə tanış olub, “Neftçi”nin oyunlarına maraq göstərməsinin nədən qaynaqlanması ilə bağlı söhbət etdik.
- Mariya necə oldu ki, “Nefçi” azarkeşi olduz?
- 2023-cü ilin iyulunda Sankt-Peterburqda təşkil olunan yoldaşlıq turnirində “Neftçi”ni tanıdım. O zaman “Zenit” klubu ilə əməkdaşlıq edirdim. Səmimi deyim ki, “Neftçi”nin çıxışı xoşuma gəldi və bu komandanı izləməyə başladım.
- “Zenit” – “Neftçi” qarşıdurması xoşunuza gəldimi?
- Adi yoldaşlıq oyunu idi, o zaman “Zenit” qalib gəlmişdi.
- Azərbaycanda və Bakıda yaşayan rusların ürəyi həmişə “Neftçi” ilə döyünüb. Amma Rusiyada yaşayan bir rus qızının Azərbaycan klubuna azarkeşliyi nadir halda görünən bir hadisədir. Həm futbol çempionatımız, həm də ölkəmiz barədə təəssüratlarınız maraqlıdır...
- Ölkəniz çox xoşuma gəlir, çempionatınız yaxşıdır, izləyirəm, “Neftçi”ni isə sevirəm.
- Rusiya Premyer Liqası ilə Azərbaycan Premyer Liqasının arasındakı fərqi necə xarakterizə edərdiz?
- Fərq əlbəttə ki, var. Rusiyada çempionat bir qədər güclüdür. Amma hazırda Rusiya Premyer Liqasında xüsusi mahiyyət yoxdur. Çünki mükafatçılar sırasında yer alan komandalar avrokuboklara yollanmır. Amma sizdə bu baxımdan problem yoxdur.
- Nə qədər vaxtdır paytaxtımızdasız və “Neftçi”nin hansı oyunlarını stadiondan izləmisiz?
- Bir aydan çoxdur Bakıdayam. Ümumi götürəndə 2023-cü ildən “Neftçi”ni izləyirəm. Qış fasiləsindən sonra isə “ağ-qaralar”ın oyunlarını “Nefçi Arena”dan izləyirəm.
- “Neftçi” azarkeşləri haqqında nə deyərdiz?
- Onlar idarə olunmaz alov kimidir...
- Hətta bakılı azarkeşlər “Lokomotiv”, “Spartak”, “Zenit”in fanatlarınıdamı arxada qoyur?
- Düşünürəm ki, “ağ-qaralar” azarkeşləri üstündürlər. Çünki onlar komandalarına sevgilərində və dəstəklərində çox səmimidirlər. “Neftçi” mövsümə yaxşı başlamasa da, fanatlar klubu tək qoymurlar, həm ev, həm də səfər oyunlarında tribunada yerlərini tutub komandanı qələbəyə səsləyirlər.
- “Neftçi”ni stadiondan izləməyə davam edəcəksizmi?
- Əlbəttə
- Daha nə qədər paytaxtımızda qonaq olacaqsız?
- Dəqiq deyə bilmərəm. Bakıya gələn zaman geriyə bilet almamışdım. Odur ki, hələ burdayam.
- Azərbaycan və azərbaycanlılar haqqında fikirlərini necədir?
- Azərbaycan mənim çox xoşuma gəlir, xalqınıza isə heyranam. Əslində burda uzun müddətli qalmaq istəyirəm. İnsanlarınız çox xeyirxah, yardımsevərdirlər. Hətta rus, ingilis dilini bilməyən azərbaycanlılar belə, sənə hər hansı vasitə ilə kömək edirlər. Burda özümə qarşı doğmalıq görürəm.
- Digər Qafqaz ölkələrində də olmusuzmu?
- Xeyr. İlk ayaq basdığım Qafqaz ölkəsi Azərbaycandır.
- Milli mətbəximizdə ən çox sevdiyiniz yemək hansıdır?
- Hələ mətbəxinizin bütün təamlarını dadmamışam. Həmçinin vegetarianam deyə, daha çox ətsiz yeməklər axtarıram. Düşünürəm ki, tərkibində ət olmayan bütün yeməklərinizdən faydalanacam.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay