“Komandamız ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində mübarizəyə başlayacaq. İlk oyunumuz futbolun vətəni sayılan İngiltərədə keçiriləcək”.

Forvard.az

xəbər verir ki, bunu “Qaraqbağ”ın prezidenti Tahir Gözəl deyib.

O, Avropa Liqasının Liqa mərhələsinin startı ərəfəsində klubun rəsmi saytına açıqlama verib. Tahir Gözəl İngiltərənin paytaxtı Londonda keçiriləcək “Tottenhem” – “Qarabağ” matçı barədə fikirlərini açıqlayıb: “Dünyanın ən güclü futbol liqasının İngiltərə Premyer Liqası olduğuna heç kim şübhə etmir. Bu çempionatda öz sözünü deyə bilən, adlı-sanlı bir rəqiblə qarşılaşacağıq. “Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır. Amma komandamın hər bir futbolçusuna, heyətin hər bir üzvünə inanıram. Onlar belə güclü rəqiblərlə görüşlərdə həmişə qəhrəman kimi mübarizə aparıblar. Londondakı görüşün nəticəsindən asılı olmayaraq, futbolçularımızın meydanda vuruşacağına, sonadək mübarizə aparacağına inanıram. Bu, hələ ilk oyundur, qarşıda daha uzun yol qət edəcəyik”.

Klub prezidenti avrokubokların bu ildən yeni formatda keçirilməsinə də toxunub: “İlk dəfə avrokubokların əsas mərhələsi yeni formatda keçirilir. Ardıcıl 10 dəfə mübarizə apardığımız qrup mərhələsini Liqa mərhələsi əvəz edib. Bu, daha çox oyun, daha uzun mərhələ, daha geniş turnir cədvəli deməkdir. Hamının adət etdiyi 4 komandalı cədvəli 36 klubun yer aldığı siyahı əvəz edir. Bu, azarkeşlərə daha böyük maraq, həyəcan gətirəcək. Komandamızın da öncəki turnirlərdə olduğu kimi, yenə azarkeşlərinə həyəcanla yanaşı, sevinc bəxş etməyə, məzmunlu və əzmkar oyunu ilə hər kəsi sevindirməyə çalışacağına inanıram. Liqa mərhələsində bacardığımız qədər yüksək yerlər üçün mübarizə aparacaq, paralel olaraq Premyer Liqa və Azərbaycan kubokundakı titulumuzu qorumağa çalışacağıq. “Qarabağ” azarkeşlərinə hər üç turnirdə sevinc bəxş etmək, klubumuzun adını daha yüksəklərə daşımaq üçün hər şey edəcəyik. Artıq heyətə yeni transferlər də qoşulub və azarkeşlərimiz Liqa mərhələsində daha güclü “Qarabağ” görəcək”.

Tahir Gözəl sentyabrın 26-da “Tottenhem”lə keçiriləcək görüşü stadiondan izləyəcəyini, bu vacib görüşdə komandanın yanında olacağını qeyd edib: “Liqa mərhələsindəki ilk oyunda komandamın yanında olacağam. Londondakı görüşə komandamla yollanacağam və matçı stadiondan izləyəcəyəm. Biz bir komandayıq. Hər birimiz inanırıq ki, futbolun vətənində də gözəl oyun göstərəcəyik. Komandamız səfərdəki görüşün nəticəsindən asılı olmayaraq, Azərbaycan xalqını yenə də qürurlandıracaq”.

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” matçı sentyabrın 26-da keçiriləcək.


Son xəbərlər

"Fənərbaxça"nın futbolçusu xəstəxanaya yerləşdirildi

"Beşiktaş" İngiltərə millisinin hücumçusu ilə maraqlanır

"Naxçıvan" "Abşeron"a qalib gəlib

Millimiz Estoniyaya məğlub olub

Mahir Emreli "Nürnberq" komandasında növbətini qolunu vurub

Ronaldo İngiltərə klublarının hədəfində?

"Turan Tovuz"un kapitanı "Qalatasaray"ın oyununda

Olimpiya çempionlarının Bakıda qələbə iddiası

"Milan"ın sabiq futbolçusu 31 yaşında karyerasını bitirdi

“Gəncə” “Milli Aviasiya Akademiyası”na qarşı

Xorvatiya millisinin sabiq üzvü qəzada həlak oldu

"Sabah" "Səbail"ə, "Qarabağ" "Neftçi"yə qarşı

Elnur Abdullayev bütün rəqiblərindən ehtiyat edir

“Qaradağ Lökbatan”ın direktoru nikbin danışdı

Aqşin Mürsəlov: “İkiqat sevincliyik”

Elmar Baxşıyev: "Hakimlikdən danışmaq istəmirəm"

Yunis Hüseynov: "Risk etmək istəmədik"

"Araz-Naxçıvan" "Turan Tovuz"la bərabərə qaldı

"Neftçi" "Qarabağ"la matça 4 itki ilə çıxacaq

cüdo hakimləri üçün praktiki seminar təşkil olunub

Mart ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb

14 yaşadək şagirdlər arasında “Qızlar Futzal Kuboku” keçiriləcək

“Qarabağ”la “Zirə” geriləyib, “Neftçi” mövqeyini qoruyub

Yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək

Daha bir Almaniya klubu Mahir Emrelini istəyir

Tofiq Musayev UFC-də: Debüt Bakıda olacaq

Bundesliqada yeni müqavilə

“Qarabağ”ın müəyyənləşdirdiyi yeni transfer qiyməti eşidənləri ŞOKA SALACAQ!

Messi gələcək karyerası ilə bağlı qərar verir

“Mançester Yunayted” avrokuboklarda unikal nailiyyət əldə edib

Füzulidə avarçəkmə nümayişi və əyləncəli proqram

UEFA reytinqində son vəziyyət necədir?

AL-da 1/4 final mərhələsinə yekun vuruldu

“Qəbələ” bu gün I Liqada çempionluğu rəsmiləşdirə bilər

XXXI tura bir oyunla start veriləcək

KL-da yarımfinalçılar bəlli oldu

Amit Quluzadə: “Öz kişiliyimizlə I liqada oynayırıq”

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930