
Karate / Gündəm
9.02.2025, 22:04
Azərbaycan karateçiləri Polşada keçirilən Avropa çempionatında 3 medal qazanıb
Azərbaycan karateçiləri Polşanın Bielsko-Biala şəhərində yeniyetmə, gənclər və U-21 yaş kateqoriyalarının 52-ci Avropa çempionatında (WKF / idman karatesi) 3 medal qazanıb.
Forvard.az-ın Karate Federasiyasının (AKF) mətbuat xidmətinə istinadən məlumatına görə, idmançılar nüfuzlu yarışda bir gümüş, iki bürünc medala sahib olub.
Milli üzvlərindən Ələddin Məlikov (16-17 yaş, 68 kq) gümüş, Vüsal Qənbərov (14-15 yaş, 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş, 57 kq) bürünc medallara yiyələnib.
Qeyd edək ki, Azərbaycan təmsilçilərinə Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Fəqan Səfərov, AKF-nin vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadov rəhbərlik edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay