
Futbol / Gündəm
7.02.2025, 01:25
Tural Əsgərov: "Romaonun gedişi "Qarabağ"ın ziyanına işləyəcək"
Bu həftə "Qarabağ" cəbhəsində bir transfer və bir ayrılıq reallaşdı. Ağdam təmsilçisi köhnə-yeni futbolçusu Kadi Borgesi sıralarına qatdı, əvəzində isə Julio Romao klubdan getdi. Bəs bu yeniliklərin komandaya təsiri necə olacaq? Forvard.az - a olaraq bu sualı aydınlaşdırmaq üçün təcrübəli menecer Tural Əsgərova müraciət etdik.
"Kadinin qayıdışı böyük ölçüdə "Qarabağ"ın hücum potensialını gücləndirəcək. Futbolçunun komandada adaptasiya problemi də olmayacaq. Amma Julio Romaonun gedişatı "Qarabağ"ın ziyanına işləyəcək. Hesab edirəm "süvarilər" artıq Romaonun mövqeyində futbolçu axtarışlarını başlayıb. Bu seleksiyanın nə vaxt uğurla başa çatacağını demək çətindir. Bu yaya qədər də ola bilər, yay transfer pəncərəsi dövründə də. İstənilən halda bunun zaman göstərəcək. Amma braziliyalının mövqeyinə mütləq yeni oyunçu gətiriləcək".
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay