
Futbol / Gündəm
6.02.2025, 00:56
Emin Abbasov: "Limitinin ləğvi ilə bağlı qərarı futboldan yetəri qədər anlayışı olmayan şəxslər verib"
İki gün əvvəl AFFA İcraiyyə Komitəsinin gələn mövsüm üçün legioner limitinin ləğvi və Premyer Liqada komandalar sayının 12-ə çatdırılması ilə bağlı qərar qəbul etdi. Federasiyanın qərarları, əsas da legioner limitinin ləğvi futbol ictimaiyyətində birmənalı qarşılanmadı. Bu məsələylə bağlı jurnalist Emin Abbasovun Forvard.az - fikirlərini açıqladı.
“Elitada komandaların sayının artırılması yaxşı haldır. Premyer Liqada təmsilçilərinin sayı nə qədər çoxdursa, bir o qədər çox futbolun kütləviliyi təmin olunur. Amma bu qərarda bir qədər natamamlıq var. Bilmək olmur mövsümün sonunda bir komanda güclülər dəstəsini tərk edib, yerinə 3 klubmu gəlir? Yaxud elitanı heç kim tərk etmədənmi iki komanda gətirilir. Ümid edirəm ki, bu məsələyə də aydınlıq gətirilər. Medalın digər üzünüə - legioner limitinin aradan qaldırılmasına gəlincə buna birmənalı nəsə demək, qızıl ortanı tapmaq çətindir. Bu məsələyə fərqli yanaşmalar çoxdur. Adətən legioner limiti rəqabətli, xarici yerli futbolçulara xarici bazarda maraq olan ölkə çempionatında həyata keçiriləndə effekt verir. Legioner limitinin ləğviylə azərbaycanlı futbolçuların legioner həyatı yaşamağa can atacaqlarına gətirib çıxaracağı qənaətində olanlar var. Amma gəlin reallığa baxaq, yerli futbolçularımıza xarici bazarda tələbat varmı? İki-üç oyunçumuz xaric uğurlu legioner həyatı yaşayan kimlərdir?! Uzağa getməyək və hazırda icarı əsasında “Şamaxı”da oynayan Cəlal Hüseynovu götürək. Bu futbolçuya ümidlər böyük idi, hətta onun gələcəkdə ən yaxşı mərkəz müdafiəçisi olacağını deyənlər də vardı. O, Bolqarıstanın elitasına yollananda çoxları sevindi. Amma bugünkü reallığa baxanda görürsən ki, Cəlal Hüseynov Bolqarıstandakı legioner həyatı yaşayərkən daha zəif formaya düşüb. Halbuki, Premyer Liqamızda çıxış edərkən optimal formadaydı və yığmamıza dəvət olunurdu. Sözüm odur ki, hər ölkə xaricinə yollanan azərbaycanlı futbolçu orada özünü yaxşı tərəfdən göstərə bilmir. Həmçinin transfer bazarına da nəzər salanda aydın olur ki, futbolçularıma maraq yoxdur. Ona görə də bu reallıq nəzərə alınmalıydı. Digət diqqət çəkən məqam odur ki, legioner limitinin ləğvi ilə bağlı qərarı futbol mütəxəsislər yox, futboldan yetəri qədər anlayışı olmayan şəxslər verib. AFFA İcraiyyə Komitəsində yer alan cəmi iki nəfər futbolu yaxşı bilir – Qurban Qurbanov və Sərxan Hacıyev. Digər şəxslər isə idmanın “şah”ından ən yaxşı halda həvəskar səviyyədə agahdırlar. Amma ümumi götürəndə legioner limitinin ləğvinin yaxş-pis nəticə verəcəyini bilmək üçün ən azı 2-3 mövsüm sonra qəti fikir bildirmək olar”.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay