
Futbol / Gündəm
5.02.2025, 01:23
Tural Piriyev: “Müasir futbolun şərtlərdən biri də odur ki...”
AFFA rəhbərliyinin son qərarından sonra gələn mövsümdən elitada komanda sayı 12 olacaq. Belə olduqda sual doğur ki, I Liqada “Qəbələ”dən başqa yerdə qalan klubların baza-infrastrukturu, maliyyə dayanıqlığı heç də Premyer Liqada mübarizə aparmaq üçün tələbləri ödəmir. Son illərdə FİF bəzi klubların sponsor axtarışı və əməkdaşlıq edilməsiylə bağlı təqdirəlayiq işlər görüb. Gələn mövsüm güclülər dəstəsində klubların sayı artacağı təqdirdə biri çempion olan, digərləri isə infrastrukturu əlverişli olan komanda elitaya bilet əldə edəcək. Forvard.az olaraq adı çəkilən qurumun rəhbəri Tural Piriyevdən hazırda I Liqa təmsilçiləri arasında baza-infrastruk-maliyyə baxımından mövcud vəziyyətlə bağlı reaksiya aldıq.
“Premyer Liqada komandaların sayının artırılması çoxdandır gözlənilirdi. AFFA-ın bu qərarını alqışlayırıq. I Liqa təmsilçiləri mövcud vəziyyəti haqqında danışarkən, üç illik fəaliyyətimiz nəticəsində klublar ilə şirkətlər arasında görüşlər keçirmişik, müzakirələr aparmışıq. “Biznes klub” fəaliyyətimiz nəticəsində hazırda Premyer Liqada mübarizə aparan “Turan Tovuz”un güclü sponsoru olmasına nail olduq. Bundan başqa “İmişli”, “Zaqatala”, “Mingəçevir”in də sponsorla əməkdaşlığına nail olduq. Digər komandalarla da görüşlərimiz, sponsor axtarışlarımız davam edir. Bizim fəaliyyətimiz yalnız I Liqa ilə kifayətlənmir, II Liqa klublarıyla da görüşlər keçirir, həmin komandaların rəhbərlərinin iş adamlarıyla görüşlərini təşkil edirik. Sözüm odur ki, biz əlimizdən gələnin maksimunu edirik. Amma klub təsisçiləri, prezidentlər özləri də müstəqil sponsor axtarışlarında maraqlı olmalıdırlar.Sadə misal deyim, biz hər bölgəni gəzərək imkanlı şəxsləri, şirkətlərlə bağlı monitorinq keçiririk. Bizimlə yanaşı və bizdən əvvəl hər bir klub öz bölgəsindəki zəngin sahibkarları, eləcə də paytaxtımızda imkanlı iş adamı olan yerliləriylə görüşlərə təşəbbüs göstərsələr yaxşı olardı. Müasir futbolun əsas şərtlərdən biri də, klub rəhbərliyinin futbola marağı olan, idmanda biznesinə yatrım etmək istəyən sponsorlar axtarsınlar, onlarla hərtərəfli görüşlər, müzakirə aparsınlar və əməkdaşlıq müqaviləsi bağlasınlar. FİF olaraq biz işimizi davam etdirəcəyik və çalışacağıq ki, I Liqa təmsilçiləri elitada çıxış etmək üçün zəruri şərtlərin öhtəsindən gəlsinlər”.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay