
Futbol / Gündəm
4.02.2025, 10:46
Joao Feliks "Milan"da
"Çelsi"nin hücumçusu Joao Feliks karyerasını "Milan"da davam etdirəcək.
Forvard.az xəbər verir ki, portuqaliyalı futbolçu artıq İtaliya A Seriyasının rəsmi saytında "Rossoneri"nin heyətində yer alıb.
Feliks cari mövsümün sonuna kimi "Milan"da icarə əsasında çıxış edəcək.
25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 20 matçda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Feliksin "Çelsi" ilə hazırkı müqaviləsinin müddəti 2030-cu ilin yayına kimidir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay