“Qaradağ Lökbatan” I Liqanın ikinci yarısına qələbəylə başladı. Həmçinin lökbatanlılar qış fasiləsində heyətini təcrübəli futbolçularla gücləndirib. Onlardan biri də Nurlan Novruzovdur. Təcrübəli futbolçu XII turda “Cəbrayıl” ilə matçda debüt etməyi də bacardı. Uzun illərdən sonra doğma çempionata qayıdan “Bakı”nın yetirməsi Forvard.az – a müsahibə verdi.



- Uzun fasilədən sonra yenidən səni Azərbaycan futbolunda iş başında gördük. Həm Vətənə qayıdışın, həm Lökbatan təmsilçisindəki debüt oyununla bağlı fikirlərini bilmək maraqlıdır...

- Xeyli vaxtdan sonra Azərbaycana qayıtdım və karyeramda ilk dəfədir ki, I Liqada top qovuram. Karyeramda yenilikdir. Qaradağ Lökbatanda çox mehriban kollektiv formalaşıb. Baş məşqçimiz Amit Quluza futbolçularla tək məşqçi kimi yox, həm də qardağ, doğma kimi yanaşır. Bizim üzərimizə düşən odur ki, “Qaradağ Lökbatan” uğuru üçün maksimum faydalı olaq. Odur ki, hər oyuna final matçı kimi yanaşaraq 3 xalı hədəfləyəcək və 9-cu pillədən qurtulacağıq. İnanıram ki, finişi turnir cədvəlində 4-5-ci yerdə tamamlayacağıq.

- Vaxtilə güclülər dəstəsində bombardir olmusan, ölkənin əsas komandasına dəvət almısan, həmçinin müxtəlif ölkələrdə legioner həyatı yaşamısan. Bu qədər zəngin CV-dən sonra I Liqanın autsayderlərindən olan kluba keçid etməni necə izah edərdin?

- Təbii ki, bu qərarı vermək heç də asan olmadı. Bir xeyli düşünəndən sonra seçim etdim. Artıq 31 yaşım var və bundan sonra Azərbaycanda karyeramı davam etdirmək istəyirəm. “Qaradağ Lökbatan”ı seçməyimdə Amit Quluzadənin və heyətdə təcrübəli oyunçuların mövcudluğu yaxşı atmosfer olması rol oynadı. Sözüm o ki, bura adımın Nurlan Novruzov olmasına görə yox, komandaya və gənclərə faydalı olmaq naminə ayaq açmışam.

- Hazırda “Qaradağ Lökbatan”ın sükanı arxasında olan Amit Quluzadə və komandanın təcrübəli oyunçusu Araz Abdullayev həmyaşıdın olmaqla yanaşı çiyin-çiyinə futbol oynadığın simalardır. Hazırda onlarla bir komandada olmaq necə hisdir?

- Çox doğru vurğuladın. 1992-93 təvəllüdlü oyunçular olaraq həm Amit müəllim, həm də Arazla U-15 seçməmizdən tutmuş U-21 yığmamıza qədər birgə çıxış etmiş, bir otaqlarda qalmış və çox şeyi paylaşmışıq, bir-birimizin xasiyyətini, bacarığını yaxşı bilirik. Hazırda köhnə yoldaşlarla birlikdə olmaq xoşdur.

- Neçə yaşa kimi top qovmağı düşünürsən?

- Bundan sonrakı karyeramı Azərbaycan futbolu ilə bağlasam 40 yaşıma kimi meydanda olacağam (gülür). Təbii ki, ciddi zədələr və xəstəliklər olmasa.

- Bir çox ölkələrdə legioner həyatı yaşamısan, hansı xarici klubda oynamaq sənə zövq verib və ya karyerana xüsusi zənginlik qatıb?

- Hər bir klubda oynamaq mənə nələrlsə qazandırıb. Çempionatın səviyyəsində asılı olmayaq hər liqanın çətinliyi və fərqliliyi var. Estoniya ilə Litvada çıxış edərkən daha çox şey öyrəndim.

- Premyer Liqanın sabiq bombardirini yenidən elitada görə bilərikmi?

- Niyədə yox? Yaşımın 31 olmasına rəğmən yenidən güclülər dəstəsində oynamaq və özümü yaxşı tərəfdən göstərmək istəyirəm.

- Son olaraq ölkə çempionatının səviyyəsi haqqında nə deyərdin?

- Təbii ki, son illərdə futbolumuzda az da olsa inkişaf hiss olunur. “Qarabağ”a çempionluq yarışmasında klublarımız uduzsa da, avrokuboklara vəsiqə qazanmaq və elitada qalmaq uğrunda 3 ildir gərgin mübarizə gedir. Bu yaxşı məqamdır. Amma bir məsələni xüsusi vurğulamaq istəyirəm, ümid edirəm gənclər məni səhv başa düşməzlər. Bizim vaxtımızda gənclərə özünün ən yaxşı halda 10 dəqiqə vaxt verirdilər, o da hər oyunda yox. Bu müddət ərzində şans qazanda meydanda hər qarşı uğrunda mübarizə aparır, bütün gücümüzü ortaya qoyurduq ki, özümüzü yaxşı tərəfdən göstərək. Başlıca düşüncəmiz o idi ki, legionerlərdən üstün olduğumuzu göstərək. Amma indi gənclər bizə nisbətən daha çox şans qazanır, amma meydan əzmkarlıq görsənmir. Təbii ki, sözüm bütün gənclərə aid deyil. Sözüm odur ki, gənc futbolçular məşqlərdə fanatikcəsinə üzərlərində çalışmalı və matçlarda onlara verilən şansdan maksimum yararlanaraq özlərini yaxşı tərəfdən göstərməlidirlər.

ABDULLA İSMAYILOĞLU


Son xəbərlər

"Ümid edirəm ki, İtaliya AVRO- 2032 üçün stadionlarını modernləşdirə biləcək"

Reynders "Mançester Siti"nin maraq dairəsində

"Qarabağ" rəsmisinə UEFA-nın diplomu təqdim olundu

"Mançester Siti" "Milan"a 60 milyon avro təklif edəcək

Millimiz 2 yoldaşlıq oyunu keçirəcək

"Arsenal"ın qapıçısı "Real"a keçir

II Liqada XXV turun təyinatları açıqlandı

Vaqif Cavadov "Sumqayıt"dan getdi

Millimiz Dünya Kubokunu başa vurub

Azərbaycan - Litva oyununun vaxtı açıqlandı

MOK-un Atletlər Komissiyasına yeni üzv seçilib

Fernandu Santuş Yunanıstanda - həmyerlisi ilə görüşdü

Cüdo federasiyası mükafata layiq görüldü

"İmişli"nin oyununda konsert

"İmişli"nin oyununda konsert

Qızıl medallar və kubok bu tarixdə "Qarabağ"a təqdim ediləcək

Bakıda “Legend Cup” oyunu keçiriləcək

Karateçilərimizdən uğurlu nəticə

Fransada ilin futbolçusunun adı açıqlandı

“Sabah”dan yubiley

"Turan Tovuz"dan arzuolunan yubiley

Dövlət qurumları arasında 3x3 basketbol yarışı keçirilib

Bədavi Hüseynovdan yubiley matçı

Premyer Liqa: XXXV turun oyun cədvəli açıqlanıb

Mbappe ən yaxşı göstəricisinə imza atıb

"Mançester Yunayted" antirekordunu təkrarlayıb

"Qarabağ", Azərsun Holdinq qarşısında hansı cavabı verəcək?

"Kəpəz" "Sumqayıt"ı məğlub etdi, "Qarabağ"dan qələbə

Azər Bağırov: "Üzərimizdə psixoloji basqı yox idi

“El-Klasiko”da 7 qol

Vaqif Cavadov: "Hakim "Kəpəz"in qalib gəlməsi üçün hər şeyi etdi"

"Sabah" çempionluğun bir addımlığında

Millimiz məğlub oldu

"İmişli"dən bəyanat: "Bizim bunu təmin etməyimiz hüquqi baxımdan mümkün deyil"

Samir Abasov: "Ciddi addımlar atmalıyıq"

Avropa Kuboku: Millimizdən uğurlu start

Kurban Berdiyev: "Azarkeşləri sevirdirə bilmədiyimiz üçün utanırıq"

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031