Ötən həftə I Liqanın ikinci yarısına start verildi. Baş tutan qarşılaşmalarda maraqlı nəticələr qeydə alındı. Çempionluq uğrunda mübarizə aparan “Qəbələ”, “İmişli”, “Karvan” xal itkisiylə başladı. Doğma meydanda “Difai Ağsu”nu qəbul edən “Karvan” ciddi müqavimətə rast gəldi. Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimov xal itirdikləri matçla bağlı Forvard.az – a danışdı.




“Bu gün çoxları bizi qınayır ki, turnir cədvəlinin aşağı pilləsində qərarlaşan komandanı məğlub edə bilməmişik. Amma reallığa qalanda turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq hər bir komanda təhlükəli və güclüdür. Baxın, çempionatın ikinci yarısının startında “Qəbələ” doğma divarlar arasında “Baku Sportinq”in müqavimətini qıra bilmədi, “İmişli” MOİK-ə məğlub oldu. Dediklərimi onu göstərir ki, I Liqada zəif rəqib, autsayder yoxdur. Oyuna gəlincə, “Difai Ağsu” ilk yarıya çox istəkli başladı və erkən qol vurdu. Hesabın açılmasından sonra irəli atılıb qısa zamanda tablodakı rəqəmləri tarazladıq. Amma qonaqlar aqressivliyini davam etdirərək növbəti qolu vurdular. Bizdə cavab qoluyla cavab verdik. Hissəinin sonlarında hakim qapımıza penalty təyin etdi. Amma mənə görə həmin epizod mübahisəliydi. Rəqib “11 metrə”ni dəqiq tamamlamaqla fasiləyə üstün yollandı. İkinci yarıda toparlanaraq daha yaxşı çıxış etdik. Çoxsaylı qol imkanlarımız olsa da, onlardan birindən yararlanaraq məğlubiyyətdən qaça bildik. Bu oyundakı səhvlərimizdən dərs çıxarıb, irəli baxacağıq”.

Xatırladaq ki, I Liqanın XII turunda “Karvan” – Difai Ağsu” görüşü 3:3 hesablı sülhlə başa çatıb.

ABDULLA İSMAYILOĞLU


Son xəbərlər

"Sumqayıt" ölkə kubokunda buna razılaşdı

Abe, Kokauri və Əliyeva - "Böyük Dəbilqə"nin AFİŞASINDA

Azərbaycan çempionatında 1/4 final mərhələsi başlayır

"İnter" 2019-cu ildən sonra A Seriyasında ilk dəfə böyük hesabla uduzub

AFFA “Vətən” - “Neftçi” oyunu ilə bağlı araşdırmaya başladı

Oteldə qızla tanışlıq üçün qalmaqal yaradan futbolçunu belə cəzalandırdılar

Ramos bu kluba KEÇDİ

Tural Əsgərov: "Romaonun gedişi "Qarabağ"ın ziyanına işləyəcək"

Millimizin rəqibləri bəlli oldu - PÜŞK

"Arxayınlaşmaq olmaz, növbəti görüşü gözləyəcəyik"

Azərbaycan millisi Latviya çempionatında iştirak edəcək

Voleybolçularımızın komandası “Porto”ya qalib gəlib

Azərbaycan birinciliklərinə start verilib

“Azərreyl” ikinci pilləyə yüksəlib

Emin Abbasov: "Limitinin ləğvi ilə bağlı qərarı futboldan yetəri qədər anlayışı olmayan şəxslər verib"

Amit Quluzadə: "Gedənlərin qabağını kəsmədim"

Tural Piriyev: “Müasir futbolun şərtlərdən biri də odur ki...”

Diana Məmmədova rusları necə təəccübləndirib?

Mahir Şükürov yeni biznes qurdu

Joao Feliks "Milan"da

Azərbaycan Yunanıstanı qəbul edir

Autsayder “Gəncə”yə, lider “Azərreyl”ə qarşı

Londonda geridönüş - VİDEO

Nurlan Novruzov 40 yaşına kimi futbol oynamaq istəyir

AFFA-nın yeni baş katibi dəqiqləşib - RƏSMİ

İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərarlar

“Çelsi” müdafiəçisinin icarəsini razılaşdırıb

Konsept trenajorda federasiya birinciliyi keçirildi FOTOLAR

"Arsenal" "Mançester Siti"ni darmadağın etdi - VİDEO

Azərbaycanlı futbolçu oynadı, komandası bərabərə qaldı

"Böyük Dəbilqə"nin nəticələri

Hidayət Heydərov - 2024-cü ilin ən yaxşı cüdoçusu

Kənan Kərimov: “I Liqada zəif rəqib, autsayder yoxdur”

Mahmud Qurbanov: “Yəgin məni də xatırlayanlar tapılar…"

Cüdoçumuzdan möhtəşəm nəticə

Çempionlar Liqası: Pley-off mərhələsinin ilk oyunlarının vaxtı açıqlandı

Azərbaycan çempionatında IX turun oyunlarının vaxtı açıqlandı

Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728