
Futbol / Gündəm
31.01.2025, 00:22
Mahmud Qurbanov: “Tofiq Bəhrəmov Azərbaycanın futbol tarixində incilərdəndir”
Dünən Azərbaycan futbolunun əfsanələrindən olan dünya şöhrətli hakim Tofiq Bəhramovun anadan olmasının 100 illik yubileyi şərəfinə onun adını daşıyan Respublika Stadionunda veteran futbolçular ilə jurnalistlər arasında yoldaşlıq görüşü keçirildi. Oyun veteran futbolçuların 8:3 hesablı qələbəsiylə yekunlaşdı. Mərhum referinin şərəfinə keçirilən oyunla bağlı veteran futbolçu Mahmud Qurbanov Forvard.az - a açıqlama verdi.
“Düşünürəm ki, dünyaca məşhur referimiz Tofiq Bəhramovun doğumunun 100 illik yubileyində jurnalistlərlə maraqlı yoldaşlıq oyunumuz alındı. Neçə vaxt idi futbol oynamırdıq, əlimiz-qolumuz açıldı, meydanda qaçdıq, qollar vurduq. Dahi hakimimizin həm adına, həm də sağlamlığımız üçün faydalı matç oldu. Tofiq Bəhrəmov Azərbaycanın futbol tarixində incilərdəndir. Bizim borcumuz onun adını yaşatmaq və idmanın “şah”ındakı hakimlik fəaliyyətinin gələcək nəsillərə çatdırmaqdır”.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay