
Urfan Abbasov: "Belə məsələləri qloballaşdırmağa ehtiyac yoxdur"
Bu gün Premyer Liqadanın XIX turu çərçivəsində "Zirə" doğma divarlar arasınsa "Araz-Naxçıvan"ı qəbul etdi. Gərgin keçən görüş qəsəbə təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatdı. Matçdan sonra qonaqların kapitanı Urfan Abbasov Forvard.az - a açıqlama verdi:
"Qış fasiləsindən sonra ilk oyunumuzu keçirdik. Bizi çətin sınaq gözləyəcəyini bilirdik. "Zirə" yaxşı, döyüşkən kollektivdir. Qələbə qazanmaq istəyirdik. Amma erkən buraxdığımız qol, fərdi səhvlərimiz və əlimizə düşən fürsətlərdən yararlana bilməməyimiz məğlubiyyətimizə gətirib çıxardı. Amma ruhdan düşməyib irəlin baxmalıyıq. Qarşıda hələ uzun və ağır yol var".
Kapitan Qara Qarayevin meydanda coşması və fasilədə əvəzlənməsi barədədə danışdı:
"Qaranı və ya digər bir oyunçunu emosiyalarına görə qınamaq olmaz. Unutmayaq ki, futbol emosialı idman növüdür. Burda heç də həmişə hislərini cilovlamaq olmur. Odur ki, belə məsələləri qloballaşdırmağa ehtiyac yoxdur".
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay