
Futbol / Gündəm
18.01.2025, 00:08
Julio Romao: "Layiqli qələbə qazandıq"
Bu gün Misli Premyer Liqasının II yarısına "Qarabağ" - "Şamaxı" qarşılaşması ilə start verildi. Ayxan Abbasovun komandası rəqinə nə qədər güclü müqavimət göstərsə də, meydan sahibləri sensasiyaya imkan verməyərək 3:2 hesablı qələbə qazandı. Oyundan sonra "süvarilər"in futbolçusu Julio Romao Forvard.az - a açıqlaması belə oldu:
"Qış fasiləsindən sonra ilk oyunumuzu keçirdik. İstəkli, mübariz rəqibə qarşı oynadıq. Gərgin 90 dəqiqədən sonra layiqli qələbə qazandıq. Düşünürəm ki, fasilədən sonra hələ tam adapdasiya olmamışıq. Qarşıdakı oyunlara daha ciddi və motivasiya ilə hazırlaşmalıyıq. Bizi qarşıda çətin ikinci pərdə gözləyir".
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay