
Kənan Kərimov: "Yerli bazarda istədiyimiz futbolçu yoxdur"
I Liqada hazırda fasilədir. Çempionluğa iddialılardan biri də "Karvan"dır. Bəs Yevlax təmsilçisində hazırda II yarıya necə hazırlaşır? Forvard.az olaraq bu sualı aydınlaşdırmaq üçün komandanın baş məşqçisi Kənan Kərimovla əlaqə saxladıq:
"Yanvarın 7-dən toplanışa start vermişik. Sıralarımızı Xəzər Mahmudov tərk edib. Onunla qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Qalan futbolçular bizimlədir. Yerli bazarda istədiyimiz futbolçu tapa bilmirik. Ona görə də legioner futbolçuların axtarışında maraqlıyıq. Bir neçə futbolçunun gəlişini gözləyirik. Amma hələlik bilet məsələsində ləngimələr var".
Kənan müəllim yoldaşlıq oyunlarıyla bağlı da danışdı:
"3 yoldaşlıq oyunu keçirməyi planlaşdırmışdıq. Artıq bir oyunumuz baş tutub. Yeni yaranan "Tərtər"i qəbul etdik və 5:0 hesablıq qələbə qazandır. Daha bir oyunu daha bir yeni komanda olan "Naftalan"a qarşı keçirməyi planlaşdırırıq. Üçüncü rəqibimizin adı hələlik məlum deyil. Çox istərdik ki, fasilə ərəfəsində 3 oyun keçirək. Amma bu alınmasa iki yoxlama matçı ilə kifayətlənəcəyik. Çempionatın II yarıısına ev oyunu ilə start verəcəyik. Yanvarın 30-da "Difai Ağsu"nu ilə oynayacağıq".
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay